"Arif Babayevin səhhətində yaxşılığa doğru dəyişiklik var". 

Bu barədə  Unikal.org-a  açıqlamasında  xanəndə Mənsum İbrahimov məlumat verib.  Onun sözlərinə  görə,  Xalq artisti  yaxın günlərdə  evə  buraxılacaq.

"Artıq  özü sərbəst  gəzir. Həkimlər  Arif bəyin vəziyyətinin yaxşı olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirir". 

 Qeyd edək ki,  xalq artisti Arif Babayev bir neçə gün öncə  səhhətində  yaranan problemlərə görə, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.