Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-10-2021, 13:30)
Ağstafada QOÇU MƏMUR PEYDA OLUB...

 
Ağstafa rayonunun Kolxəlfəli kəndinin şəhidi Piriyev Elşən Şəfalət oğlunun xanımı və iki azyaşlı övladı çətin vəziyyətdə yaşayırlar.

Bir neçə ay əvvəl “Hürriyyət”də qeyd etmişdik ki, valideynləri sağlığında E.Piriyevin Gürcüstan vətəndaşı Süleymanova Nazpəri Yasin qızı ilə ailə həyatı qurmasına qarşı çıxıblar. Anası onu öz qohumu ilə evləndirmək niyyətində olub. Lakin Elşən valideynlərinə qarşı çıxaraq, 2017-ci ildə sevdiyi Nazpəri ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlsə də, Elşən Piriyevin ailə üzvləri gəlinlərini heç bir halda qəbul etməyiblər. Bu səbəbdən, Elşən ata yurdunda özü üçün bir daxma tikərək, ailəsini orada saxlayıb.

Ağstafada QOÇU MƏMUR PEYDA OLUB...

Elşən Piriyev 44 günlük Vətən müharibəsində şəhadətə qovuşandan sonra, həyat yoldaşının dediyinə görə, onun daha çətin günləri başlayıb. Belə ki, Elşənin valideynləri nikahı olmayan Nazpəri Süleymanovanın övladlarını ondan alaraq, özünü evdən çıxarmaq istəyiblər. Lakin o, övladlarını kimsəyə verməyərək, Ağstafa rayonunun Poylu kəndində yaşayan ailə üzvlərinə sığınıb. Bundan sonra Elşənin valideynləri onu və iki azyaşlı körpəsini şəhidin 11 min manatlıq “qan pulu”ndan və digər yardımlardan məhrum ediblər.

Ağstafada QOÇU MƏMUR PEYDA OLUB...

Qeyd edək ki, şəhid xanımının qarşılaşdığı problem “Hürriyyət” qəzetində işıq üzü gördükdən sonra, Prezident İlham Əliyevin sərəncamı ilə Gürcüstan vətəndaşı Süleymanova Nazpəri Yasin qızı Azərbaycan vətəndaşlığına qəbul edilib. Buna rəğmən, Elşən Piriyevin sağlığında atalığını qəbul etdiyi övladları və nikahsız yaşadığı xanımı heç bir halda öz qanuni haqlarını əldə edə bilməyiblər. N.Süleymanovanın dediyinə görə, Elşənlə rəsmi nigahları olmadığından, ona verilən yardımlara ailə üzvləri sahib çıxıb, azyaşlı körpələrə atalarının “qan pulu”ndan bir manat belə verilməyib.

Bu məsələ ilə bağlı şəhid xanımı dəfələrlə müvafiq qurumlara, o cümlədən Ağstafa rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona kimsə dəstək göstərməyib. Odur ki, N.Süleymanova qarşılaşdığı haqsızlığı mətbuat vasitəsilə ölkə rəhbərliyinə çatdırmaq istəyib. Bu isə, Ağstafa rayon İcra Hakimiyyətinin yetkili şəxslərini narahat edib. Çünki o, “Hürriyyət”ə açıqlamasında haqlı olaraq İcra Hakimiyyətinin rəhbərliyini də qınayıb ki, onlar şəhidin azyaşlı övladlarının taleyinə biganə yanaşırlar.

Onu da qeyd edək ki, elə iki gün əvvəl Nazpəri Süleymanovanın Hurriyyet TV-nin əməkdaşına verdiyi müsahibə də Ağstafa rayon İcra Hakimiyyəti rəhbərliyinin qəzəbinə səbəb olub. Şəhid xanımının dediyinə görə, İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev bu müsahibədən sonra ona zəng vuraraq, açıq şəkildə hədə-qorxu gəlib. Belə ki, “Bizi tənqid etməyin nə olduğunu sənə göstərəcəyik”, - deyən A.Qədiməliyev şəhid xanımına qarşı vəzifəsinə, kişiliyə və insanlığa yaraşmayan davranış nümayiş etdirib...

Xatırladaq ki, Piriyev Elşən Şəfalət oğlu 24.09.1989-cu il Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Orta təhsilini Kolxəlfəli kənd tam orta məktəbində alıb. Ailəli idi. Bir qız, bir oğlan övladı var. Azərbaycan Silahlı Qüvvələrinin gizir rütbəsini şərəflə daşıyan Elşən Piriyev Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 02 oktyabr 2020-ci ildə doğma kəndində izdihamla torpağa tapşırılıb. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

Hurriyyet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Ağstafa rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyevin şəhid xanımını təhdid etməsi ilə bağlı da, onun və müvafiq qurumların mövqeyini dərc etməyə çalışacağıq.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024