Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-11-2014, 18:17)
Gənclər Mübariz İbrahimovun məzarını ziyarət etdilər

22 noyabr 2014-cü ildə DANİB-in (Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi) təşkilatçılığı ilə onlarla gənc Milli qəhrəman, şəhid Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarlarını ziyarət edib. Gənclər şəhidlərimizin məzarına tər çiçəklər düzüblər. DANİB sədri Elməddin Behbud  şəhid Mübariz İbrahimovun qəhrəmanlığından söz açaraq qeyd edib ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub. Təşkilatın sədri Elməddin Behbud belə dəyərli şəxslərin yalnız doğum və ölüm günlərində deyil hər zaman anılmasının vacib olduğunu və bugünkü ziyarətin də məhz bu məqsədlə edildiyini bildirib.

E. Behbud Azərbaycanın işğal altındakı torpaqları üzərindəki hava məkanının uçuşlara qapalı olduğunu bildiyi halda Ermənistan silahlı qüvvələrinə məxsus vertalyotun döyüş mövqelərimizə hücum edərkən ordumuz tərəfindən zərərsizləşdirilməsini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını deyib.
Təşkilat üzvləri beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu beynəlxalq hüquq normalarına hörmət bəsləyərək gec də olsa işğalçı ilə işğala məruz qalan arasında fərq qoymağa, Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıblar. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin üzvləri eyni zamanda cənab prezident İlham Əliyevin düşmənin bütün təxribatçı əməllərinə bundan sonrada qətiyyətli cavab veriləcəyi ilə bağlı mövqeyini alqışladıqlarını bildirərək, bütün gənclərin düşmənə qarşı informasiya müharibəsində də fəallığının vacibliyini vurğulayıblar.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
14 04 2024
14 04 2024
13 04 2024
13 04 2024