Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-08-2021, 16:58)
Qarabağ Qazisi Daşkəsəndə DÖYÜLÜB? - AÇIQLAMA

Qarabağ Qazisi Daşkəsəndə DÖYÜLÜB?
Özünü Vətən müharibəsi iştirakçısı, qazi kimi təqdim edən İlkin Həsənpur Daşkəsən rayon Polis Şöbəsində döyüldüyünü iddia edir. Onun sözlərinə görə, rayonun Xoşbulaq kəndində kafedə yemək yedikdən sonra Gəncəyə gedərkən yolda 3-4 nəfər onu döyüb. İddiasına əsasən, bununla bağlı polisə şikayət etdikdə isə Daşkəsən RPİ rəisi və müavin tərəfindən də bənzər hərəkətlə qarşılaşıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Yeniavaz.com-a açıqlamasında bildirib ki, iddialar həqiqəti əks etdirmir: "Avqustun 2-də İlkin Həsənpur Daşkəsən rayonunun Quşçu Körpü qəsəbəsi ərazisində sərxoş halda, dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “Naz-Lifan” markalı avtomobil ilə təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və qəsəbə sakinlərinin narazılığına səbəb olub. Qəsəbə sakini İlqar Verdiyev həmin sürücüyə yüksək sürətlə avtomobil idarə etdiyi üçün irad bildirdikdə isə İlkin Həsənpur onu nalayiq ifadələr ilə təhqir edərək dəmir parçası ilə xəsarət yetirib. Daha sonra məsuliyyətdən yaxa qurtarmaq üçün vətəndaş İ.Həsənpur DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək özünəməxsus mobil telefon və pulun quldurluq yolu ilə mənimsənilməsi barədə yalan məlumat verib.
Zərərçəkən İ. Verdiyevin müraciəti əsasında Daşkəsən RPŞ-də araşdırılma başlanılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilib. Polis Şöbəsinə dəvət olunan İ. Həsənpur sərxoş halda gələrək orada polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, inzibati binada nalayiq ifadələr işlədib və xuliqanlıq edib. İ. Həsənpur barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir".
E. Qasımov qeyd edib ki, İ. Həsənpur heç də iddia etdiyi kimi Vətən müharibəsi qazisi deyil: "Müharibədən əvvəl xidmət zamanı yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından tərxis olunub".
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024