Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-06-2021, 17:57)
Niyə bütün QARA İŞLƏRİN arxasından Oqtay Əsədovun adı çıxır?

 “Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi... "

Bunu "Şərur-İnşaat" tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sabiq deputat Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirərkən deyib.

Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev isə O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddiaları rədd edib: “Deyilənlər cəfəngiyyatdır”.

R.Cəbrayılovun fırıldaqçı, yalançı, rüşvətxor və s. Olması barədə növbəti xəbər, açıqlama artıq təəccüb doğurmur. Ancaq bu məsələdə əsas diqqət çəkən məqam uzun illər ölkənin ən strateji postlarından birini tutmuş Oqtay Əsədovun adının belə bir işdə hallandırılmasıdır.

Təsəvvür edin ki, Şərurlu İsfəndiyarın “qapısını döyən” deputat Oqtay Əsədovla şərik olduğunu deyir və özünü savadsızlığa qoysa da, Azərbaycanın “cikinə də, bikinə də” bələd olan tikinti maqnatı R.Cəbrayılovun bircə sözünə inanıb, ona yüzminlərlə dollar verir. Bu, mümkün olan şeydirmi? İsfəndiyar Axundov özü deyir ki, gedib tikinti yerinə baxıb, sonra deputata pul verib. Deməli, tikinti yerinə baxıbsa, R.Cəbrayılovun həqiqətən O.Əsədovla əlaqəsinin olub-olmadığını da araşdırıb, hansı ki, əslində heç bunu araşdırmağa da ehtiyac olmayıb. Uzun illər tikinti sektorunda işləyən Şərurlu İsfəndiyar “kimin başının kimin qoltuğunun altında olduğunu” bilməmiş olmazdı. Məsələ ondadır ki, təkcə İsfəndiyar Axundov deyil, R.Cəbrayılovun “alıb aldatdığı” zərərçəkənlərin demək olar hamısı deputatın Oqtay Əsədovla şərikliyinə inandıqları, hətta buna əmin olduqları üçün ona pul verdiklərini deyiblər. Deməli, İsfəndiyar Axundov başda olmaqla, bu adamları R.Cəbrayılovdan çox Oqtay Əsədovun adı, vəzifəsi aldadıb. Ən əsası isə odur ki, onlar qanun qadağan etsə də, parlament sədrinin binalar, obyektlər tikməsinə, müxtəlif bizneslərlə məşğul olmasına adi hal kimi baxıblar. Yeri gəlmişkən, sonradan məlum oldu ki, həmin bizneslərin içərisində hətta “striptiz klub” işlətmək belə var. Yəni ki, nə yolla qazanılır, qazanılsın, təki pul gəlsin!...

Bu məsələ üzə çıxmamışdan əvvəl Binəqədi rayonu ərazisində, Mehdiabad yolunun yaxınlığında salınan “Gənclər şəhərciyi”nin Rafael Cəbrayılova məxsus olduğu bildirilirdi. Əslində, keçmiş deputatın həm parlamentə düşmək, həm də biznes qurmaq üçün Binəqədini seçməsi təsadüfi deyil. Çünki uzun müddət bu rayonun icra başçısı olmuş Alı Qocayev Oqtay Əsədovun qudasıdır. Rafael Cəbrayılovun tikinti biznesinin “çiçəklənməsində” də onun danılmaz rolunun olduğu bildirilir.

Onu da qeyd edək ki, Əsədov spikerdən adi deputata çevriləndən sonra Milli Məclisin iclaslarına qatılmağı da özünə sığışdırmır, iqamətgahında oturub Azərbaycandan Türkiyəyə, Rusiyadan İngiltərəyə qədər gedib çıxan biznes imperiyasını idarə edir. Adam bəlkə də varidatının, obyektlərinin, mülklərinin, şirkətlərinin sayını da bilmir...

Ümumiyyətlə, belə görünür ki, O.Əsədovu uzun illər ölkənin üçüncü adamı sayılmasına baxmayaraq, heç zaman şəxsi reputasiyası, deməli, həm də dövlətin reputasiyası maraqlandırmayıb. Heç indi də maraqlandırmır. Bu adamın adının indiyə qədər hər hansı hadisə, mövzu ilə bağlı müsbət mənada çəkilməsinə demək olar ki, rast gəlinmir – ancaq “əyri-üyrü” işlər, korrupsiya, talançılıq, məmur biznesi və sair.

Demək istədiyimiz odur ki, hətta Əsədova heç bir aidiyyatı olmasa belə, Rafael Cəbrayılovun pul alıb qaytarmadığı insanlar deputatdan çox “deputatların rəisi”nin adının, vəzifəsinin, reputasiyasının toruna düşüblər. Və Azərbaycanda məmur oliqarxiyası, məmur-biznesmen, deputat-biznesmen kimi anlayışlar qaldıqca, hələ çox buna oxşar dələduzluq, fırıldaqçılıq faktlarının şahidi olacağıq...

“AzPolitika.info”шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024