Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-07-2020, 13:50)
Dini Komitənin tender maxinasiyaları

Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin may ayında 5 tender keçirib və 896.000 manatı paylayıb 5 şirkətə. Maraqlıdır ki, tenderlərin hamısı may ayında keçirilib, hətta dördü eyni gündə baş tutur.

Sfera.az xəbər verir ki, həyata keçirilən tenderlərin müəmması təkcə bununla yekunlaşmır.

Və sürpriz! - Bu şirkətlərin hamısının hüquqi ünvanı eyni ərazidir. Hətta dörd şirkət tamamilə eyni ünvanda (Alatavada) yerləşir və hamısı da 2020-ci ilin fevral ayında yaradılıb. Hətta təsadüfə baxın ki, şirkətlərdən ikisi eyni ünvanda və eyni gündə təsis edilib!

Təsəvvür edirsiz bu nə deməkdir? Düşünün, eyni gündə, eyni ünvanda yaradılmış iki müxtəlif şirkətin, eyni gündə eyni dövlət qurumundan tender udmaq ehtimalı neçə trilyonda birdir? Təsadüf ola bilər bu?

İndi isə həmin tenderlərlə tanış olaq:

- "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (yazı müsabiqəsi ilə birgə), "Milli-mənəvi dəyərlərimiz və media” (yazı müsabiqəsi ilə birgə) mövzusunda konfranslar, "Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninqlər (188.800 AZN )

- "Müasir reallıqlar kontekstində dövlət və din” və "Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələr (179.140 AZN)

- "Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlər, "XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfranslar (186.500 AZN)

Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar

- "Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfranslar və "Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda regional müşavirələr (162.600 AZN)

- Bakı şəhərində keçiriləcək konfranslar (179.000 AZN)

Məlumat üçün daha bir maraqlı faktı da diqqətinizə çatdıraq. Bu şirkətlərin qeydiyyatda olduğu Alatavadakı ünvana bir neçə başqa şirkətlər də qeydiyyatdaymış və onlar da əvvəllər çoxlu tender qalibi olub, o cümlədən icra halimiyyətlərinin keçirdiyi tenderlərin.

Məsələn, Füzuli rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərin qalibi olan şirkətlərin hüquqi ünvanları eynidir.

"Horadiz Şəhərində Bayraq meydanı ərazisində yolun təmiri" lotu üzrə tenderin (199.326 manat) qalibi "ÇİNAR-N" Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin - 2020-ci ilin fevral ayının 6-da dövlət qeydiyyatına alınıb.

10 manat nizamnamə kapitalı olan "ÇİNAR-N" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131, qanuni təmsilçisi isə 1959-cu il təvəllüdlü Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

"Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri" lotu üzrə tenderin (199.221 manat) qalibi "XƏMSƏ-M.X" Məhdud Məsuliyyətli Cəmiyyəti də 2020-ci ilin fevral ayının 13-də təsis edilib.

20 manat nizamnamə kapitalı olan "XƏMSƏ-M.X" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131, qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.

Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 08 2020
12 08 2020
12 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020