Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-07-2020, 13:31)
Nizami rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir-FOTOLAR



 

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 05 iyul 2020-ci il tarixində də Nizami rayonunda növbəti reydlər aparılıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçiriblər.
Keçirilən baxış zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, sərtləşdirilmiş karantin rejimi dövründə sanitar qaydalara əməl olunmasının vacibliyi bildirilib.
Eyni zamanda, Rayon İcra Hakimiyyətində yaradılan sahə inzibati ərazi dairələrinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin və digər idarə və təşkilatların əməkdaşlarından, fəal gənclər və könüllülərdən ibarət mobil qruplar tərəfindən də fəaliyyətinə icazə verilmiş ictimai iaşə və ticarət obyektlərində, ərzaq mağazalarında aparılan reydlər zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək, sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi, işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə göstərişlər verilib.
Bundan əlavə, reyd zamanı Rayon Polis İdarəsi tərəfindən yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar müəyyən edilərək onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi dövründə mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.
 шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024