Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-02-2014, 15:48)
Polis atası prezidentə müraciət etdi

 

 

Dekabrın 31-də qəza nəticəsində qətlə yetirilmiş polis serjantı Polad Mehdiyevin atası ölkə prezidentinə, birinci xanım Mehriban Əliyevaya, DİN-nə, Baş Prokurorluğa müraciət ünvanlayıb. 

“Mediatv.az”-a daxil olan müraciətdə bildirilir ki, 31 dekabrda saat 19:00 radələrində polisin göstərişinə tabe olmayan cinayətkar 220 sürətiylə sürdüyü avtomobillə Dövlət Yol Polisi postunu dağıdaraq gücləndirilmiş iş rejimi ilə vəzifəsini yetirən 1989-cu il təvəllüdlü, BDYP-nin Qaradağ postunun inspektoru, serjant Mehdiyev Poladı və bir mülki şəxsi qətlə yetirib. Cinayətkar həmin gündən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və 23.01.2014 – cü il tarixdə ordan çıxarılıb: “Hadisədən 50 gün keçməsinə baxmayaraq adıçəkilən şəxs hələ də azadlıqdadır. İşi aparan Qaradağ rayon Prokurorluğunun müstəntiqi bu müddət ərzində bizə heç bir məlumat verməyib. Son olaraq özümün müraciətindən sonra bəlli olub ki bu vaxta qədər hələ tibbi ekspertizanın cavabı belə alınmayıb. İşə çox səthi və birtərəfli baxılır. Hətta iki adamı qətlə yetirən, Dövlət Yol Polisi postunu dağıdan, saatda 200-dən artıq sürətlə sərxoş halda axtarışda olan maşını idarə edən cinayətkara cəza maddəsi də düzgün verilməyib və barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Tam sağalmış cinayətkar kimin və ya nəyin hesabınasa məsuliyyətə cəlb olunmur və dövlət xəstəxanalarında saxta sənədlərlə gəzir. İşin Azərbaycan dövlətinin ali qanunlarına əsaslanaraq ədalətlə, qərəzsiz baxılması və haqqın bərqərar olması üçün nəzarətə alınmasını sizdən xahiş edirəm”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024