Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2019, 20:25)
İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

 Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmdəovanın rayonun Güzdək qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. 

İ.Gülməmmədova ölkə ərazisində və Abşeron rayonunda görülən işlərdən, aparılan quruculuq və abadlıq tədbirlərindən danışaraq respublikamızın günü-gündən inkişaf etməsinə diqqət çəkib. Güzdək qəsəbəsinin əsas problemlərinin həll olunduğunu, artıq içməli su və təbii qazla təmin edildiyini qeyd edən başçı bu istiqamətdə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 
Sonra Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Fəxrəddin Orucov və sözügedən qəsəbə bələdiyyəsinin sədri Həsən Hacıağayev hesabat xarakterli çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər. Ötən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, problemlərin aradan qaldırıldığını vurğulayaraq bütün bunlara görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. 
Bununla yanaşı kəndin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması, yeni salınan yaşayış massivlərinin kommunal xidmətlərlə, eləcə də telefon xəttləri ilə əhatə olunmasında və “xeyir-şər evi”nin tikilməsində köməklik göstərilməsini xahiş ediblər. 
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024