Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-02-2019, 14:05)
“Azəriqaz”ın talan əməliyyatı: əhali necə narazı salınır - FAKTLAR

 Artıq 4 gündür ki, qışın soyuğunda Azəriqaz İctimai Birliyi Teleqraf Holdinqin yerləşdiyi ofisin qazını kəsib. Həftənin şənbə günü 100-dən çox insanın çalışdığı ofisdə qazın kəsilməsinə səbəb kimi “Azəriqaz” sayğacın müqavilə müddətinin bitməsini göstərib.

Axar.az xəbər verir ki, “Azəriqaz” kimi bir qurumun heç bir halda haqq qazandırmaq mümkün olmayan bu addımını xüsusilə həftənin sonu etməsi ayrı “əxlaqdır”. Prezident İlham Əliyevin dəfələrlə ölkəmizin sosial yönümlü olduğu və vətəndaşların hüquqlarının qorunması barədə çağırışları, görünür, “Azəriqaz”ın eyninə deyil.

Səbəb nə olursa olsun, qışın soyuğunda bu qədər insanın çalışdığı bir ofisin qaz sayğacını – balansda 200 manatdan artıq vəsait olduğu halda - bir müqavilə üzündən bloklamaq yolverilməz olsa da, “Azəriqaz” üçün bu, adi haldır. Belə ki, qış girəndən “Azəriqaz”ın əhalini narazı salmaq üçün dəridən-qabıqdan çıxdığını tam mənası ilə demək mümkündür.

Vətəndaşları, fiziki şəxsləri qazsız qoymağa adət etmiş qurum istehlakçıları tez-tez belə müqavilə şərtlərinə əməl etməməkdə günahlandırır. Ancaq mütəxəssislər bildirib ki, qış vaxtı əhalini qazsız qoymaqla süni narazılıq yaratmaqla məşğul olan Azəriqaz İB özü heç bir müqavilə şərtinə əməl etmir. Əhalinin də məlumatsızlığından istifadə edərək əlavə borclar yazır, cərimələr tətbiq edir, xəbərdarlıqsız kartı və ya sayğacı bloklayaraq istehlakçını süründürür.

Qurumun iş prinsipinə də düzgün əməl edilmədiyi üçün problemlə üzləşən istehlakçı günlərlə qazsız qalmış olur.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı saytımıza bildirib ki, Azəriqaz İB-nin istehlakçıya qarşı əsassız, qeyri-qanuni və qondarma cərimələr tədbiq etməsi barədə saysız-hesabsız şikayətlər var.

İstehlakçının üzləşdiyi problemi, qazsız qalmasının günahını vətəndaşın boynuna qoymağa adət edən qurum il əzində olan qaz itkilərini də əhali hesabına bağlayır.

“Azəriqaz”ın fırıldaqları təkcə bununla kifayətlənmir. Hər növ saxtakarlığı və fırıldağı bacaran qurum əhaliyə istifadə etdiyindən əlavə qaz pulu yazmaqla da məşhurdur.

M.Qəhrəmanlı bildirib ki, xüsusilə qış aylarında qrafik üzrə hər gün bir rayonda qaz təchizatı saxlanılıb yenidən qaz istifadəyə verilərkən boruya vurulan hava nəticəsində 15-20 dəqiqə ərzində sayğac sürətlə fırlanır və abonent həmin sərfi də ödəməli olur.

Bu fırıldağa isə Azəriqaz İB “qaz xəttində təmir” adı verir.

Hüquq müdafiəçisi bildirib ki, təbii şəraitlə əlaqədar sınmış, çatlamış sayğaclara görə abonentə cərimə də tədbiq olunur. Halbuki bu da tam qanunsuzdur. Abonentlərə yazılan cərimələr AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) proqramında yerləşdirilir və 30 gün müddətində GAZREPORT smart proqramına atılır. Bu halda da abonent öz borcunu görə bilmir və hər ödədiyi məbləğin bir hissəsi cəriməyə ödəniş kimi düşür, ancaq abonentin bundan xəbəri olmur.

İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması İB-in, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilməlidir.

Ekspertlərin apardığı müşahidə və müsahibələr isə göstərir ki, “Azəriqaz” bu maddələrə də əməl etmir.

Qaz sayğacları vaxtaşırı yoxlanılmır, dəyişdirilmə müddəti nəzərə alınmır, sayğaclar dəyişdirilərkən abonentə cərimə tədbiq olunur, yaxud əlavə qaz sərfi üçün ödəniş yazılır. Borcun, yaxud cərimənin hansı əsasla tədbiq edildiyi haqda abonentə heç bir sənəd təqdim olunmur. Ancaq bu məbləğ vətəndaşın boynuna məcburi “yüklənir”.

M.Qəhrəmanlı bildirib ki, “Azəriqaz” işçiləri tərəfindən qeyri-qanuni cərimə tədbiqinə qarşı Ağstafa, Qazax, Tovuz, Sabirabad, Ucar və Biləsuvar, Salyan, Şəmkir, xüsusilə Bakıdan 50-yə qədər məhkəmə prosesləri olub. Bütün iddia ərizələri təmin olunub və məhkəmələr vətəndaşın xeyrinə nəticələnib.

Hüquq müdafiəçisi bildirib ki, “Azəriqaz”ın qanunsuzluqları illərdir davam edir və davam etməkdədir. Bu quruun qanunsuzluqlarının davam etməsinə səbəb isə əhalinin məlumatsız olması, “Azəriqaz”ın da bundan məharətlə istifadə etməsidir.
 шаблоны для dle 11.2

Xəbər lenti
17 02 2019
17 02 2019
17 02 2019
17 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019

{sape_links}{sape_article}