Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-02-2019, 05:43)
“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonunda keçirilib

 “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonunda keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilib.

Layihənin Abşeron rayonu üzrə açılış tədbiri Abşeron rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov “Ailə Akademiyası” layihəsinin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini qeyd edən F.Cəbrayılov ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirdi ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Sədaqət Qəhrəmanova, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Valideynlərin uşaqlarına qarşı məsuliyyətinin çox önəmli məsələ olduğunu bildirən Sədaqət Qəhrəmanova qeyd edib ki, hər bir doğulan uşaq diqqət mərkəzində olmalı və qayğı ilə əhatə olunmalıdır.
Sədaqət Qəhrəmanova internetin eləcə də, sosial şəbəkələrin gənc nəsilə olan təsirlərini qeyd edərək layihənin bu istiqamətdə də faydalı olacağını diqqətə çatdırıb.
Daha sonra AMEA-nın professoru Rəna Mirzəzadə, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Aşağı Güzdək qəsəbə məscidi dini icmasının sədri Nemət Lətifov, Aşağı Güzdək bələdiyyəsinin sədri Mahizər Şirəliyeva, Loqos Psixoloji və Nitq inkişaf mərkəzinin psixoloqu ,BDU-nun doktorantı Könül Cəfərova, “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.

Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024