Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-02-2019, 08:44)
Qulu Məhərrəmli tarixçi akademikə tarix dərs keçdi – “Hörmətli Akademik YANILIR…”

 Dünən axşam radiolardan biri Rəsulzadənin 135 illiyi ilə bağlı Tarix İnstitutunun direktoru Yaqub Mahmudovu efirə çağırmışdı. Akademiklə təxminən 10 dəqiqə Cümhuriyyət və Rəsulzadə mövzusunda danışdılar, sonra keçdilər Y.Mahmudovun elmi “şücaətlərinin” vəsfinə. Adam da o ki var özünü öydü… “AzPolitika” xəbər verir ki, bu fikirlər Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlinin öz “facebook” səhifəsindən paylaşdığı yazıda əks olunub.
Q.Məhərrəmli daha sonra yazır: “Bununla işim yoxdur. Akademik böyük Rəsulzadə barədə bir az candərdi danışdı, düzdür, dedi ki, o, görkəmli ictimai xadimdir, amma dərhal da əlavə etdi ki, “Cümhuriyyətin banisi təkcə Rəsulzadə deyil, həm də Topçubaşov, Yusifbəyli və Xoyskidir”. Məncə, hörmətli akademik yanılır, ya “bani” sözünün mənasını başa düşmür, ya da bizi dağa-daşa salır.
Əlbəttə, adları çəkilən möhtərəm şəxsiyyətlər Cümhuriyyətin qurulmasında, idarə edilməsində və tanıdılmasında misilsiz fədakarlıqlar göstəriblər. Bunu bir kimsə dana bilməz, amma bu, tarixin başqa səhifəsidir. Bir işin bünövrəsini, əsasını qoymaq, onun ideologiyasını hazırlayıb pillə-pillə reallaşdırmaq isə başqa bir səhifədir. Məhz müstəqillik ideyasını irəli sürdüyünə və istiqlal düşüncəsinin daşıyıcısı olduğuna görə Rəsulzadə Cümhuriyyətin banisi sayılır. Bu tarixi həqiqəti danmaq olmaz!
Düzdür, Rəsulzadə özü də böyüklüklə yazır və deyirdi ki, Cümhuriyyəti bir adamın adına çıxmaq doğru deyil, çünki onu millət yaradıb. Amma Rəsulzadənin bunu təvazökarlıqla deməyi başqadır, onun tarixdəki rolunu danmağa, böyüklüyünü qısqanmağa, adını silməyə girişmiş məmur və akademik xorunun deməyi isə tamam başqadır…”

 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024