Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-02-2019, 17:37)
Keçmiş başçı axtarışa verildi

 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəməsi yekunlaşıb.
Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə R.Bayrama şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş başçı M.Səfərovun isə məhkəmə iclaslarından yayındığı bildirilib.
O, son bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilib. Sonuncu iclasların birində dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib. Bu tələbdən sonra sabiq icra başçısı yoxa çıxıb və bir daha məhkəməyə gəlməyib. İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024