Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-01-2019, 22:54)
"Veysəloğlu" MMC saxta araq istehsalında ittiham edilir -FOTOLAR

 Ötən 2018- ci ilin DGK üçün ən yadda qalan hadisələrindən biri ilin sonunda KİV nümayəndələri ilə keçirilmiş görüşdə səslənmış “ÖLKƏDƏ 1 %- DƏ OLSUN BELƏ İNHİSARÇILIQ YOXDUR “ifadəsi ətrafinda yaranmış mübahislər oldu.

 Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəsmi məlumatlarına əsasən son bir neçə ay ərzində ölkənin Şimal –Qərb zonasında ardıcıl olaraq məhz “ Nemirovskaya vodka (Nemiroff vodka)” spirtli içkilərinin sərhəd-keçid məntəqəsində müsadirə edilmişdir.
"Veysəloğlu" MMC saxta araq istehsalında ittiham edilir - FOTOLAR

İqtisadçı –exspert Cəfərov Şahinin bildirdiyinə görə “Nemiroff vodka” ölkə ərazisinə “Veysəloğlu" MMC tərəfindən idxal olunur. ."Veysəloğlu" MMC həm də həmin Ukraynada istehsal olunan məhsulun yeganə distribütoru sayılır.Araşdırmalar nəticəsində məlum olur ki, el dilində “ RUS ARAĞI ‘’ kimi tanınan “ NEMİROVSKAYA vodka(Osobaya və Classic) “ üzərinə DAXİLİ İSTEHSAL aksizi yapışdırılır Yəni faktiki olaraq Bakı şəhəri ərazisində istehsal olunur.Müvafiq qurumlara göndərilən sorğularda həmin araq məhsulnun ölkə ərazisində istesalina nə AQTA ,nə MBNP ,nə də Vergilər Nazirliyi heç bir lisenziya verməmişdir.Dünya paraktikasında xarici brend məhsulların eyni marka ilə saxta usulla hazırlanması KONTRAFAKT adlanır

Vergilər Məcəlləsində aksiz markaları haqqında “XÜSUSİ FƏRQLƏNMƏ NİŞANLARI” haqqında qanunun hələ də qəbul edilmədiyindən həmin məhsulların üzərinə vurulan aksiz markalarının SAXTA olmasından xəbər verir. Belə ki, sifariş verilmiş aksiz markalarının təyinatı üzrə istifadə edilməməsi saxta aksiz markasınadan istifadə kimi qəbul edilir.

İstehsalına lisenziya olmayan aksizli məhsulun ETİKETLƏRİN gizli və ya açıq formada idxal olunaraq ölkə ərazisinə gətirilməsi daha da qaranlıq məqamların olmasından xəbər verir.

“Yerli” "NEMİROVSKAYA vodka"osobaya və classic) satış məntəqələrinə ‘’VEYSƏLOĞLU MMC ‘’tərəfindən paylnmaqdadır.

Xatırlatmaq lazımdır ki , 2015-ci ildə Milli manatımızın devalvasiyasından sonra bəzi şirkətlərin süni qiymət artımı yaratması hətta ölkə başçısının kəskin etirazına səbəb omuşdu : "Ölkədə süni qiymət artımına yol verənlər cəzalandırılacaq”. Ancaq prezidentin açıqlamasına baxmayaraq "Veysəloğlu” MMC Baki şəhərindəki böyük marketlərə satdığı "Viski Gilavar”ın qiymətini bir gecədə 35-40 faiz artırmışdı Maraqlıdır, hətta "Veysəloğlu” şirkəti süni qiymət artımına dövlət nəzarətindən yayınmaq üçün marketlərə göstəriş vermişdi ki, "Viski Gilavar”ı bir müddət açıq satışa qoymayın, yəni müştərilərə "altdan” satın.
"Veysəloğlu" MMC saxta araq istehsalında ittiham edilir - FOTOLAR

Bu məsələni araşdırmaq üçün "Veysəloğlu” MMC ilə əlaqə saxladıqda satış şöbəsinin adını bildirməyən əməkdaşı hay-küylə bildirirdi ki, bizim şirkət ümumiyyətlə spirtli içkilər satmır. Biz ona görə də bir neçə marketdə olub, yenidən maraqlandıq. Hər yerdə bizə bildirdilər ki, bu viskini bizə "Veysəloğlu” satır. Nəhayət, " Viski Gilavar”ın istehsalçısı olan "Abşeron- Şərab” MMC ilə əlaqə saxladıqdan sonra şirkətin adını bildirməyən xanım əməkdaşı bildirmişdi ki, bu viskini bizdən "Veysəloğlu” şirkəti alıb marketlərə satır.
"Veysəloğlu" MMC saxta araq istehsalında ittiham edilir - FOTOLAR

Sonra "Abşeron-Şərab” MMC-nin satış şöbəsinin müdiri bizə bildirdi ki, bizim istehsal etdiyimiz "Viski Gilavar”ı "Veysəloğlu” şirkəti satır, ancaq süni qiymət artımından xəbərimiz yoxdur. Ən maraqlısı odur ki, "Abşeron- Şərab” MMC-nin saytında şirkətin məhsulları sırasında "Viski Gilavar”ın adı yox idi.
"Veysəloğlu" MMC saxta araq istehsalında ittiham edilir - FOTOLAR
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024