Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-01-2019, 19:48)
Vəzifəli şəxsin tələbə oğlunun adı kriminal “razborka”da

 Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
 
 Xətai rayonunda kriminal qrupun üzvləri arasında “razborka” baş verib.
Hadisə bazar günü - yanvarın 13-də Həzi Aslanov metrosunun yaxınlığında qeydə alınıb.
Belə ki, kriminal aləmə meylli, Cəlilabad rayonundan olan bir neçə gənc aralarında olan mübahisəyə aydınlıq gətirmək məqsədi ilə görüşüblər. Ancaq mübahisə ictimai yerdə baş verdiyindən ərazidə xidmət aparan Xətai RPİ-si 36-cı Polis Bölməsinin əməkdaşları gəncləri saxlayaraq polis bölməsinə aparıblar.
Araşdırma zamanı dəstə rəhbəri kimi Məmmədov Ceyhun Həbib oğlu tanınıb. Onun oğru aləminə meylli olduğu, tez-tez “razborka”lara getdiyi məlum olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olan C. Məmmədovun atasının yüksək vəzifədə işlədiyi məlum olub.
Belə ki, Həbib Məmmədov hazırda Azərişıq ASC-nin Cəlilabad rayon Paylayıcı Elektrik Şəbəkəsində elektrik enerji satışı və balans şöbəsinin rəisi vəzifəsində çalışır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024