Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (10-01-2019, 11:30)
SOCAR-ın vitse-prezidenti niyə işdən çıxarılıb? - RƏSMİ MÜNASİBƏT

 Vergilər Nazirliyinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) apardığı yoxlamalar zamanı qurumun vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilməsi ilə bağlı iddialarla əlaqədar Vergilər Nazirliyinə sorğu göndərilib.

Bu, SOCAR mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun BakuPost-un sorğusuna cavabında əksini tapıb. 

İbrahim Əhmədov bildirib ki, iddialarla bağlı aidiyyəti dövlət strukturlarına sorğu göndərilib. Məsələ ilə bağlı dəqiqləşdirmə aparıldıqdan sonra mətbuata geniş məlumat veriləcək. 

Qeyd edək ki, ötən gün virtualaz.org saytı Vergilər Nazirliyinin Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-da apardığı yoxlamalardan sonra şirkətin vitse-prezidenti Mikayıl İsmayılov vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat yayıb. Saytın yazdığına görə, Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Bu səbəbdən o, şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən uzaqlaşdırılıb. Bildirilib ki, oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.

Təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.

Ancaq əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.
 
Xatırladaq ki, artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi qələmə vermişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019

{sape_links}{sape_article}