Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-01-2019, 22:12)
Vəzifədən çıxarılan icra başçısının işçiləri ifadə verəcək – Hakimdən qərar

 Rüşvət almaqda təqsirli bilinən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə Xətai rayon İcra Hakimiyyətinin mühəndisi Qaçay Əzizli ifadə verib.
Onun sözlərinə görə, vətəndaş Elsevər Rufullayev onun işlədiyi şöbəyə müraciət edərək rayon ərazisində tikinti aparmaq istədiyini deyib və tikdirmək istədiyi obyektin eskiz layihəsini çəkdirmək istəyib: “Mən onu tanımırdım. Bildirdi ki, Xalid Məmmədov göndərib. Mən də Xalid müəllimə zəng edib maraqlandım. Həmin şəxsi özünün göndərdiyini dedi, mən də eskiz layihəni hazırladım.
Eskiz layihə hazırlanması üçün əraziyə baxış keçirib, kommunal xətlərin keçib-keçmədiyi araşdırılıb və layihə hazırlanıb”.
Daha sonra Qaçay Əzizlinin çalışdığı şöbənin müdiri və icra hakimiyyətinin memarının da məhkəmədə dindirilməsi barədə qərar qəbul edib.
Növbəti proses yanvarın 17-də davam edəcək.
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinir.
Xalid Məmmədov Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
Razim Məmmədov ötən il dekabrın 13-də Prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024