Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-12-2018, 23:51)
Cavid Qurbanovun adamı “TOPAZ”-a nəzarət edəcək

 




















Cavid Qurbanovun adamı “TOPAZ”-a nəzarət edəcək – AZƏRBAYCANDA MƏRC OYUNLARINA NƏZARƏT EDƏN VÜSAL MƏMMƏDOV KİMDİR?

Mediatv.az  Mip.az-a istinaden xəbər verir ki “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanova məxsus olduğu bildirilən "Baltech Investment LLC” şirkətinin "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ”ın səhmələrinin 75 faizini aldığı iddia olunmaqdadır. Mətbuat yazır ki, C.Qurbanov ölkədə mərc oyunlarına nəzarəti ələ almaq üçün "Azərinteltek” QSC-nin 51 faizlik səhminə sahib olan "Turkcell" şirkətinə 38 milyon manat ödəyib. Hansı ki, "Baltech Investment LLC”-nin "Turkcell" şirkəti ilə anlaşması haqda oktyabrın 30-da ilk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı məlumat yaymışdı.

Azərbaycan mətbuatı isə yazır ki, "Baltech Investment LLC” şirkətinin təsisçisi Türkiyə vətəndaşı, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri, məlum “Beynəlxal Bank işi”ndə adı hallanan və 250 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karanidir. Həmin B.Karani ki, 2012-ci ildə Azərbaycandan qaçıb və onun adı elə həmin il “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, onun "Baltech Investment LLC” şirkəti vasitəsilə Azərbaycandan ofşor zonalara külli miqdarda vəsait çıxardığı iddia olunur. Hətta Cavid Qurbanovun da qeyri-rəsmi olaraq rəhbərlik etdiyi bu şirkət vasitəsilə ölkədən milyonlarla dollar çıxardığı vurğulanır...

Belə bir informasiya da var ki, əslində "Azərinteltek” QSC-nin "Turkcell" şirkətinə məxus olan 51 faizlik səhminin alınması təşəbbüsü də məhz Bülent Karanidən gəlib. O, Cavid Qurbanovu inandırıb ki, “TOPAZ”a tam nəzarət etməklə, daha böyük gəlir əldə etmək olar. Nəticədə C.Qurbanov alqı-satqı işinə razılıq verib.

Yeri gəlmişkən, C.Qurbanovun adı “Panama Papers” sənədlərinə düşən "Baltech Investment LLC”-nin ona məxsus olmadığını iddia etməsi tamamilə anlaşılandır. Elə biz də bu şirkətin rəsmi olaraq C.Qurbanova aid olduğunu iddia etmirik. Amma bu şirkətin təsisçisi, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri Bülent Karaninin Cavid müəllimlə biznes ortağı olduğu hakimiyyətdə çoxlarına bəllidir. Üstəlik, onun oktyabr ayında – “Türkcell” şirkəti ilə məlum alqı-satqı anlaşmasından öncə Karani ilə görüşdüyü haqda informasiyalar da var...
Bu günlərdə redaksiyamıza daxil olan başqa bir məlumata görə isə, "Baltech Investment LLC” “Türkcell”in "Azərinteltek”dəki 51 faizlik səhmini aldıqdan sonra “TOPAZ”-a nəzarət Cavid Qurbanovun əlinə keçib. Lakin o, birbaşa deyil, öz yaxın adamı vasitəsilə Azərbaycanda mərc oyunlarına nəzarət etməkdədir. Belə ki, hazırda “TOPAZ”ın 75 faizlik hissəsini qeyri-rəsmi olaraq Vüsal Məmmədovun idarə etdiyi bildirilir. Soruşa bilərsiniz ki, bəs, bu Vüsal Məmmədov kimdir və onun Cavid Qurbanovla nə kimi yaxınlığı var? Və yaxud çoxları düşünə bilər ki, yəqin söhbət "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini olan Vüsal Məmmədovdan gedir. Xeyr! Söhbət qumar sahəsində ixtisaslaşmış “Unibet” şirkətinin rəhbəri olan Vüsal Məmmədovdan gedir. İddia olunur ki, C.Qurbanov “TOPAZ”dakı payının idarəçiliyini məhz ona həvalə edib.шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024