Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-11-2018, 09:17)
Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı

 Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. AzEuroNews.com-un verdiyi məlumata görə, bu barədə jurnalist Natiq Cavadlı yazıb. Onun sözlərinə görə, nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir. Hətta iddialara görə, bu il həkimlərdən birinin pul yığımı üçün etirazı icra başçısı Zakir Fərəcova çatdırılıb.

Sumqayıt ŞİH başçısı isə Azərbaycan reallığına uyğun olaraq mesaj göndərib ki, onların kabinetlərdə nə işlə məşğul olduqlarını bilir, elə etməsinlər ki, pis xəbər eşitsinlər. Yaxşısı budur, blokları təmir eləsinlər. 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı. 03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrıldı.



10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. Z.Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən indiyə qədər 49,7 milyon manat pul ayrılıb. Bu ayrılan pullar təyinatı üzrə xərclənsəydi, yeni şəhər salmaq olardı. İH-dən zəngimizə cavab verilmədi, rəsmi açıqlamanı dərc etməyə hazırıq. 
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024