Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (27-09-2018, 23:40)
Azad Rəhimov tenderlərdə kimləri qalib elan edir? - icra başçısı, deputat ...

Azad Rəhimov tenderlərdə kimləri qalib elan edir? - icra başçısı, deputat ...

Rəsmi məlumatlara görə, Gənclər və İdman Nazirliyi (GİN) 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün 37 müqavilə bağlayıb

Müqavilələrin ümumi məbləği 5 milyon 619,7 min manat təşkil edib. Nazirliyin bağladığı müqavilələrin ümumi məbləği 5 mln 619,7 min manat təşkil edib. Belə ki, Nazirliyin ən yüksək məbləğda bağladığı müqavilə “Cənub-2000 MMC” ilə 987,9 min manatlıq müqavilə olub.

Masallı rayonu, Şıxlar ünvanında qeydiyyatdan keçmiş daha bir şirkət – “Cənub-2000” MMC(rəhbəri Səfərov Elnur Elşad oğlu) 2010, 2011, 2013 və 2016-cı illərdə Masallı, Lənkəran, Beyləqan, hətta Qəbələ, İsmayıllı rayonlarında keçirilən 37 tenderin qalibi olaraq 2 milyon 382 709,34 manatlıq sifariş əldə edib.

Nazirliyin ən çox müqavilə bağladığı şirkət “Kontinet” MMC-dir. Bu şirkətlə bağlanan 3 müqavilənin ümumi məbləği 194,2 min manat olub. Gundeminfo.az-ın apardığı araşdırmalardan bəlli olur ki, “Kontinet” MMC əsasən tikinti şirkəti kimi ixtisaslaşıb. Lakin qalib olan layihələr üzrə “Kontinet” MMC-nin profilinə nə qədər uyğundur bir az sual yaranır. “Kontinet” MMC-nin qalıb olduğu tender üzrə istiqamətlərə diqqət edək:

- Fiziki aktivliklə bağlı “Gənclərin Sağlamlıq Festivalı”nın keçirilməsi işləri - 70 020

- Ali təhsil müəssisələrində “Həyatla oyun” tamaşasının, rayon və şəhərlərdə “Günahsız günahkarlar” tamaşasının nümayişi işləri - 96 000

- Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!” adlı maarifləndirici tədbirin keçirilməsi işləri - 28 200

Bir tikinti şirkətinin bu istiqamətlər üzrə qalib olması sual yaradır. Apardığımız araşdırmalar zamanı ortaya kifayət qədər maraqlı məqamlar çıxdı. Gundeminfo-ya bilgi verən mənbə bildirir ki, "Kontinent MMC" 6 iyun tarixində prezident sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elxan Allahverdiyevə məxsusdur.

Elxan Allahverdiyev icra başçısı təyin olunana qədər "Kontinent" MMC-nin direktoru olub. Mənbəmiz bilgi verir ki, E.Allahverdiyev həm də mədəniyyət naziri Əbülfəz Qarayevlə yaxın dostdur və hazırda "Kontinent" MMC-ni yaxın qohumlarından birinin adına keçirib.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Gənclər və İdman Nazirliyinin 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün hansı şirkətlərlə müqavilələr bağlamasına dair araşdırmalarımız davam edəcək.

Bütün tərəfləri dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024