Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-09-2018, 20:54)
məhkəmə icraçısı 4 il əvvəl ölmüş şəxsdən pul istəyir

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) məhkəməyə çağırıb.

Baku.ws-ə bu barədə mərhumun oğlu Vüqar Əmirov məlumat verib.
Onun sözlərinə görə, özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı anasına zəng vuraraq tələb edib ki, həyat yoldaşını məhkəməyə gəlsin:
"Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansı ki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu dörd ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonsa halı pisləşib.
 
Atam həmin məbləği iş yoldaşı Hacı Tofiq Zeynalov adlı şəxsdən borc almışdı. Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik.
Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, həmin 300 manat atamın təqaüdündən tutulub, Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?!”.
Qeyd edək ki, mərhum Əmirov Əhmədağa Əmirhüseyn oğlu (20.09.1935 -02.07.2014) Türkan qəsəbə nümayəndəliyində 22 il baş mühasib, 23 il isə Türkanda yerləşən 56 saylı Poçtun rəisi vəzifələrində çalışıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024