Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-09-2018, 14:21)
“Deputatın qardaşı 49 min manatımı qaytarmır”

 

 

 

Deputatın qardaşının şirkətindən yük maşını aldığını bildirən vətəndaş aldadıldığını iddia edir. Həmin şəxs – İlqar Əliyev  “Qafqazinfo”ya müraciət edərək millət vəkili Əsabil Qasımovun qardaşı Vüqar Qasımov tərəfindən idarə edilən “A-Trans Motors” şirkətindən 2012-ci ildə “Shacman” markalı yük maşınını 67 min manata alıb:

“İlkin ödəniş kimi 26 min manat ödədim. Sonra da ümumi 49 min ödəniş etdim. 2013-cü ildə maşın Yexlav rayonu ərazisində olanda şirkətin dəstə üzvləri maşını saxlatdırıb, sürücünü düşürüb avtomobili öz qarajlarına apardılar.  Mən şirkətə gedib icraçı direktor Üzeyir Tağıyevlə danışdım. O dedi ki, Vüqar müəllim deyib 12 min versin, maşını onun adına keçirək. Evimi ucuz qiymətə satıb 12 mini verdim. Sonra eşitdim ki, maşını başqa adama satıblar. Dörd aya hissə-hissə 12 mini qaytardılar. Amma məni uzun müddət get-gələ salıb 49 mini vermədilər. Mən Əsabil müəllimlə görüşmək istədim, köməkçisi dedi ki, deputat qardaşı ilə bağlı şikayətçiləri qəbul etmir”. 

İ.Əliyevin sözlərinə görə, bundan sonra məhkəməyə müraciət edib və udub: “Rəsmi sənədlərdə mənim şirkətə 45 min ödədiyimi qeyd etmişdilər. Nəsimi rayon Məhkəməsi qərar verdi ki, həmin pul mənə qaytarılsın. Amma onlar apellyasiya şikayəti verərək qərarı ləğv etdirdilər, Ali Məhkəmə də bunu qüvvədə saxladı.

Mənim illərlə qazandığım pulu bir anın içində əlimdən aldılar, indi də 4 övladım var, tələbədirlər. Maşını da vermədilər ki, işləyib ailəmi saxlayım, pulumu da qaytarmırlar”.

İ.Əliyevin müqavilə bağladığı Üzeyir Tağıyev qarşı tərəf kimi saytımıza açıqlamasında bu məsələnin hüquqi qaydada həll edildiyini deyb: “Həmin şəxs maşının pulunu ödəmədiyi üçün əlindən alınıb. Məhkəməyə də müraciət edib və uduzub. Bundan başqa bir söz deyə bilmərəm”.

İ.Əliyev əlavə edib ki, şirkət onunla müqavilə imzalayanda onu aldadıb: “Müqavilənin üzü alqı-satqı idi, amma içində lizinq şərtləri qoyublarmış”.

 

 

“Deputatın qardaşı 49 min manatımı qaytarmır”

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024