Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-08-2018, 22:57)
Prezident Ismayıllı rayonuna səfər edib

Prezident Ismayıllı rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin ətrafında, o cümlədən rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.i İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mühüm yol-nəqliyyat layihələri həyata keçirilir. Nəticədə həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Bu işlərin həcmi və coğrafiyası getdikcə daha da genişlənir. Bütün bu işlər, ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etmək, həmçinin ölkəmizdə nəqliyyat sahəsinin inkişafına dəstək vermək məqsədi daşıyır. Belə layihələr, eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi inkişafın uğurla davam etdiyini göstərir. Bu cür müasir yol layihələrinin icrası ümumilikdə regionların iqtisadiyyatına da töhfə verir, fermerlərin məhsullarını daha rahat və tez daşıması üçün əlverişli şərait yaradır.

Sonra Prezident İlham Əliyev İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri yaradılır. Respublikada ət və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədilə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.Ölkədə 2017-ci ildə ət istehsalı ötən illə müqayisədə artaraq 133 min ton, süd istehsalı isə 2024 min ton olub. Yeni yaradılan heyvandarlıq təsərrüfatlarından biri də İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksidir.

Qeyd edildi ki, kompleksə gətirilmiş 99 baş “Holstein Friesian” cinsindən olan boğaz düyədən əlavə, bu ilin sentyabr və noyabr aylarında 201 baş cins düyənin gətirilməsi və gələcəkdə heyvanların baş sayının 1600-ə çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksində bu sahədə dünya liderlərindən olan İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları quraşdırılıb.Belə ki, kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.

Qeyd olundu ki, layihənin icrası nəticəsində 14 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında da iştirak edib.

Dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Məlumat verildi ki, müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

İşçilər ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Prezident İlham Əliyev toxunmuş xalçanı kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verdi.Bildirildi ki, rayonun Topçu, Buynuz, Sumağallı, Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılan obyektlərin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə “Topçu” yarımstansiyası inşa edilib. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər.

 Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Yeni aqroparklardan biri də İsmayıllı rayonunun Kürdmaşı kəndində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Bildirildi ki, aqroparkda Almaniyadan və Hollandiyadan gətirilmiş super elit və elit toxumlardan ölkəmizin müxtəlif regionlarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksək keyfiyyətli toxumların yetişdirilməsi nəzərdə tutulur. Növbəli əkin sisteminin tətbiqi, eləcə də düzgün aqrotexniki qaydalara riayət olunmaqla aqroparkda yüksək keyfiyyətli kartof sortları əkilir ki, bu sortlar üzrə hər hektara orta məhsuldarlıq 45-50 ton təşkil edir.

Qeyd edək ki, respublika üzrə ötən il 2016-cı illə müqayisədə kartof istehsalı 1,3 faiz artaraq 913,9 min ton, ixracı 51 faiz artaraq 57,7 min ton, idxalı isə 11,7 faiz azalaraq 168,8 min ton təşkil edib. Gələcəkdə aqroparkda məhsul istehsalının 3 dəfə artırılması, soyuducu anbar kompleksinin 15 min tona çatdırılması və bitki yağları istehsalı sahəsinin yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 24 nəfər işlə təmin olunub.

Hazırda ölkənin 30 rayonu üzrə 192,2 min hektar ərazidə dəyəri 1,4 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu il istifadəyə verilən aqroparkların sayının 14-ə çatdırılması

Prezident Ismayıllı rayonuna səfər edibplanlaşdırılır.

Prezident Ismayıllı rayonuna səfər edib

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024