Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-08-2018, 11:15)
ƏƏSMN-də daxili nəzarət sektoruna nəzarət mexanizmi varmı?-ÖZƏL

ƏƏSMN-də daxili nəzarət sektoruna nəzarət mexanizmi varmı?-ÖZƏL
 Səlim Müslümovun görəvdən kənarlaşdırılması və cənab Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunmasından sonra yeni nazirin komandanı necə və kimlərdən formalaşdırması məsələsi ictimaiyyətin diqqət mərkəzindədir. Tədricən həyata keçirilən bu proses indi də mətbuatın gündəmindədir. Müslümovun rəhbərliyi dövründə Nazirlik aparatında və onun yerli strukturlarında fəaliyyəti sosial müdafiəyə ehtiyaclı adamlarda narazılıq doğuran, vətəndaşların müraciətlərinə qeyri-həssas yanaşan, korrupsiya hüquqpozmalarına yol verən məmurların işdən uzaqlaşdırılması təqdirlə qarşılansa da, edilən əvəzetmələr heç də bütün hallarda uğurlu sayılmır. Qovulanların yerinə təyin olunan kadrlar arasında reputasiyası yaxşı olmayanlara da rast gəlinir ki, bu da bəzi suallara yol açır. Yeni təyinatlardan biri də Hüseynzadə Orxan Rüfət oğlunun ƏƏSMN-nin Daxili nəzarət sektoruna müdir gətirilməsidir. Mediatv.az-a verilən məlumata görə, əvvəllər bu şəxs Səhiyyə Nazirliyində mühim vəzifəsində çalışmışdır. Vəzifəsindən sui-istifadəyə, çirkin işlərlə məşğul olduğu üçün SN-dən qovulub. Reputasiyasına bunca xələl gəldiyi halda, Orxan Hüseynzadə sonradan hansısa yəqin ki, hansısa havadarının köməkliyi ilə Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsinə (Bu qurum artıq ləğv olunub - red.) sədr köməkçisi vəzifəsinə təyin olunub. Burada da yarıtmaz işlərlə məşğul olduğu sədr müavini Əbülfət İmanov tərəfindən ifşa edilib. Komitənin "qara kassası" kimi əlavə vacib funksiyanı daşıyan Orxan Hüseynovun neqativ əməlləri barədə məlumatlar, ələxüsus da "kotyol"dan oğurluq etməsinə dəlalət edən sübutlar Komitə sədri Ramiz Həsənova çatdırılandan dərhal sonra o, biabırçı şəkildə vəzifədən kənarlaşdırılır. Hərçənd, Orxan Hüseynovun dövlət qulluğuna yaramadığını, ona hökumət strukturlarında nəinki mühüm strateji, hətta hər hansı bir kiçik vəzifənin belə etibar edilməsini istisna edən rüsvayçılığa bərabər neqativ hallar üzdə olsa da, yenə də naməlum "Qoruyucu Mələyin" köməkliyi ilə cənab Sahil Babayevə "xod" tapır və ƏƏSMN aparatında özünə yer eləyə bilir. Beləliklə, heç kəs zəmanət verə bilməz, dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş əsas hökumət strukturunun daxili nəzarət sektorunun müdiri öz əvvəlki xislətini dəyişəcək və daha əvvəlki işdəycələrinə qol qolmayacaq. Maraqlıdır, görəsən Orxan Hüseynzadə o qədər "professional", o qədər vazkeçilməz kadrdır ki, hörmətli nazir Sahil Babayev onun xidmətlərindən faydalanmağa qərar verib? Və bu "fayda" nədən ibarət olacaq? Bəlkə bu sistemdə də ona "qara kassa" etibar ediləcək? İstisna deyil. Axı, "qara kassa"ya vəsait cəlb etmək BİR məharət, ona xəyanət etməmək isə İKİNCİ yetənəkdir. Əgər nazirlikdə Daxili Nəzarət Şöbəsinin özünə də nəzarət mexanizmi varsa, Orxan Hüseynzadənin BİR nömrəli "qabiliyyəti" işə yarayar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024