Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-08-2018, 16:30)
DİQQƏT! Bu şadlıq evlərinin fəaliyyəti DAYANDIRILA BİLƏR

DİQQƏT! Bu şadlıq evlərinin fəaliyyəti DAYANDIRILA BİLƏR

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranlarla bağlı məlumat yayıb.


Mediatv.az ARB TV-yə istinadən xəbər verir ki, Bakıda xəbərdarlığa əməl etməyən şadlıq evləri ilə bağlı sərt tədbirlərə başlanılıb. 

"Tüstü evə gəlib çıxır. Kabab bişirir, tüstü qapımızın ağzındadır. Elə bil restoranda yaşayırıq".

"Məktəbə gedib-gəlirik, tüstü burnumuza dolur. Kabab yemək istəyir adam", - bu fikirlər paytaxt sakinlərinə aiddir. 

Bununla bağlı Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Cəlair Səmədov aşağıdakıları bildirib: "Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarının, restoranların ətraf ərazilərində monitorinq keçirilib. Onların tüstü bacalarından atmosferə atılan zərərli birləşmələrin yol verilən həddən çox olduğu müəyyən edilmişdir".

Maydan etibarən ictimai iaşə obyektlərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması və atmosferə atılan zərərli qazın miqdarının yol verilən hədd daxilində olması barədə xəbərdarlıq məktubu göndərilib. Yasamal rayonu ərazisində apardığımız müşahidələr isə buna əməl olumadığnı göstərir. Nazirlikdənsə bildirilir ki, xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb: 

"Qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq maddə ilə vəzifəli şəxslər 3 min 500 manatdan 4 min 500 manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə ediləcəklər. Bu tədbirlər də nəticə verməsə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranların fəaliyyətinin dayandırılması üçün aidiyyatı orqanlar qarşısında vəsadət qaldıracaq", - deyə Cəlair Səmədov fikrini izah edib. 

Odur ki, sahibkarlar obyektlərinin fəaliyyətinin dayandırılmasını istəmirsə qanunvericiliyin tələblərinə əməl etməli, ətraf mühiti çirkləndirməməlidir. 

 



Xəbər lenti
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018
22 10 2018