Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-06-2018, 08:38)
Bakıda uşaq bağçasında BİABIRÇI VƏZİYYƏT

Bakı şəhər Nərimanov rayonunda fəaliyyət göstərən 168 saylı uşaq bağçası-körpələr evində biabırçı vəziyyət hökm sürür. Dia.az Lent.az-a istinadən xəbər verir ki, mətbuata müraciət edən bir qrup valideyn bağçada uşaqların normal qidalanmamasından, qida rasionunun təmin edilməməməsindən narahatlıqlarını bildiriblər. İsmayıl Hidayətzadə küçəsi 160 ünvanında yerləşən və Qətibə Dəmirovanın rəhbərlik etdiyi bağçanın fəaliyyətini izləyən bir qrup valideyn iyunun 4-də günorta nahar vaxtı oraya gələrək uşaqlara verilən yeməklərlə maraqlanıblar. Məlum olub ki, dövlət tərəfindən bağçada uşaqlara verilməsi nəzərdə tutulan qidaların heç biri körpələrə verilmir: “Bağçada hər uşağa görə aylıq 50 manat pul yığılır. Üstəlik hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Hər səhər uşaqlara şor-çörək və çay, günorta sup və ya dovğa, axşam isə mannı sıyığı verilir. Əksər uşaqlar da bunu yemir. Uşaqlara meyvə, yumurta, süd, ət kimi vitaminli heç nə verilmir. Biz bir neçə valideynlə dünən növbəti dəfə bağçada uşaqların qidalanması ilə maraqlandıq. Məlum oldu ki, uşaqlara dovğa veriblər və heç biri yeməyib”. Valideynlər onu da bildiriblər ki, dəfələrlə Qətibə Dəmirovaya və tərbiyəçilərə müraciət edilsə də uşaqlara təyin edilən qidaların verilməsi həyata keçirilmir. Üstəlik bağçada təmizliyə də riayət olunmur. Hər otaq axşam körpələr gedəndən sonra təmizlənməli olduğu halda, bu edilmir. əvəzində səhər uşaqlar bağçaya gələndən sonra otaqların süpürülüb təmizlənməsinə başlanılır və içərini toz bürüyür. Hətta bəzi hallarda uşaqları tozdan qorumaq üçün bayıra çıxarıb otaqları təmizləmək lazımdır.

Adı çəkilən məsələ ilə bağlı bağçanın müdiri Qətibə Əliyeva ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da onun işdə olmadığı bildirildi. 

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018