Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-06-2018, 12:38)
Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevdə yola salınır

Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevdə yola salınır

 

Barəsində ən çox şikayətlər olunan daha bir icra başçısı yola salınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Qaynağın iddialarına görə, yaxınlarda Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev vəzifəsindən alınacaq.

Mənbə dia.az-a bildirir: "Asif Ağayev bu vaxta qədər "oliqarxların dostu, kəndlinin qənimi" kimi tanınıb. İndi isə vəziyyət kifayət qədər dəyişib. Onun kəndlilərdən zorla, min-bir fırıldaqla aldığı torpaqların geriyə - kəndlilərə qaytarılmasının vaxtı çatıb.

Elə yeni kənd təsərrüfatı naziri İnam Kərimovun da Asif Ağayev kimi bir kadrla işləməsi kifayət qədər çətin görünür. Yəni bu o deməkdir ki, Asif Ağayev təkcə barəsində ən çox şikayət olunan icra başçısı kimi yox, həm də yeni siyasətlə ayaqlaşa bilməyən bir məmur kimi komandadan çıxdaş olunacaq".

Dia.az xatırladır ki, yeni KTN şefi bu günlərdə oliqarxların əlində olan torpaq sahələri ilə bağlı məsələyə toxunmuşdu. Şamaxıda isə böyük ərazilər ayrı-ayrı məmurların hasarlanmış bölgələrinə qatılıb ki, bu işdə də Asif Ağayevin "böyük zəhməti" var.

Qarşı tərəfi də dinləməyə hazırıq..

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024