Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-05-2018, 10:59)
Bakıda qadın plastik əməliyyatın qurbanı oldu

Bakıda qadın plastik əməliyyatın qurbanı oldu

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Mediatv.az xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan Yeganə Quliyevanı plastik əməliyyat edərkən, xəstə dünyasını dəyişib.

Həkim Elçin Zodan

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Stimul Hospital”ın kadrlar şöbəsinin əməkdaşı bildirilib ki, hazırda xəstəxanada bu adda həkim işləmir:

“Adıçəkilən həkim fevral ayında öz təşəbbüsü ilə ərizə yazaraq, işdən ayrılmaq istədiyini bildirib. Hazırda xəstəxanamızda Elçin Zodan adında həkim fəaliyyət göstərmir. Zodan onun özünə qoyduğu ləqəbdir. Həkimin öz ad soyadı Elçin Ələsgərovdur. Bildiyim qədərilə, artıq 2-3 aydır ki, o, başqa xəstəxanada fəaliyyət göstərir”.

Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamada bildirilib ki, hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Qeyd edək ki, bu barədə ilk xəbəri Qafqazinfo.az saytı yayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024