Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (15-05-2018, 23:49)
DEPUTATDAN İMKANSIZ AİLƏLƏRƏ ŞOK İTTİHAM:

“Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.
O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır: “Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki… Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”

Analoqu olmayan inkişafa malik Azərbaycanda son illər baş verənlərin həqiqətən də izah etmək çətindir. İslahat adı ilə hər yerdə ixtisarlar gedir, insanlar işsiz buraxılır. Pensiyaları 55 manata salıb, yaşlı insanlara “get acından öl” deyilir.

İndi də rektor işləyərkən nələr etdiyi hanıya məlum olan bir deputat çıxıb kasıb ailələri uşaqları olduğu üçün ittiham edir. Bu daha ağ eləmək oldu. Bəs dövlət nədən ötrüdür?

Dünyanın əksər ölkələrində dövlət ailələri təşviq edir ki, daha cox uşaqları olsun. Bir çox ölkələrdə, hətta ailəsi olsa da,  olmasa da uşaqların bütün yükünü  dövlət üzərinə götürür. Milyardlarla vəsaiti idman yarşlarına, festifallara xərcləndiyi, nazirləri tərəfindən 100 milyonların talandığı Azərbaycanda isə  deputat  “niyə üç uşaq dünyaya gətirmisən?” deyib, imkansız anaları ittiham edir.  Yazmağa  söz tapmaqda belə insan çətinlik çəkir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018

{sape_links}{sape_article}