Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-05-2018, 17:00)
“Nə qədər ara həkimləri reklam etmək olar?”

“Nə qədər ara həkimləri reklam etmək olar?”

 

“İnsanlarım sağlamlığı məsələsi milli strateji məsələdir. Amma bu gün həkimlər televiziyaya çıxıb özünü reklam edirlər. O cümlədən bu problem dərman vasitələrinin reklamında da baş  verir”

Mediatv.az  xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinin dəyişikliyin müzakirəsi zamanı səsləndirib. O qeyd edib ki, Səhiyyə Nazirliyi həkimə, tibbi avadanlığın reklamına rəy verməlidir. Dərmanlarla bağlı məsələlər xüsusilə önəmlidir. Dərman  olmayan vasitələri efirdə az qala bütün dərdin dərmanı hesab edirlər. Kimlərsə bundan varlanır. Amma insanların da sağlamlığı təhlükə altına düşür. Ona görə də bu məsələ ciddi qurumlar tərəfindən araşdırılmalıdır”.

Deputat Çingiz Qənizadə də çıxışında qeyd edib ki,  reklam sahəsində olduqca böyük boşluqlar var: “Bu yaxınlarda bir həkimin reklamının işfa olunması da bunu göstərdi.  Biz zay həkimlərdən necə qorunaq? Nə qədər həkimləri televiziyada reklam etmək olar?. Artıq telefonlara da mesaj gəlir ki,siz hansısa klinikadan müayinə üçün uduş əldə etdiniz. İndi biz müasir dövrdə yaşayırıq. Hansı antibiotiklərin qəbul edilməsi belə analizlərin nəticəsində bilinir.  Televiziyada isə həkimləri ən yaxşı, əvəzolunmaz həkim kimi  təqdim edirlər. Bunun da zərərini insanlar  çəkir. Çox istərdim ki, bu məsələyə ciddi reaksiya verilsin”.

Deputat Qənirə Paşayeva eyni problemə toxunub: “Biri çıxıb deyir ki,filan dərmanı içsəniz şəkər xəstəloyindən qurtulacaqsınız. Axı şəkər  bir dərmanla müalicə olunası deyil. İndi həm xəstələr, onların yaxınları müalicə ilə bağlı məsələlərdə həssas olurlar”.

Deputat Aqil Abbas qeyd edib ki, televiziyalar xəstəxanaların, həkimlərin, dərmanların, şadlıq evlərinin reklamını edirlər: “İndi mərasim zallarının da reklamına başlayıblar. Burada deyilən sözlər burda qalmasın. Nə qədər ara həkimlərini reklam etmək olar?"

 Deputat Zahid Oruc isə konkret reklamlar üzərində danışıb: “ Bir boyanı reklam edirlər. Burada Nizami Gəncəvidən, bayraqdan başlayırlar. İndi Nizami Gəncəvinin  adını bir boyanın reklamına gətirib çıxarmaq nə dərəcədə düzgündür?. Söhbət Sobsan boyalarından gedirmiş.  Bayrağı gətirib Sobsanın üzərinə qoyub niyə satırsan ki? Bir azdan şəhidlərimizin adını da belə reklamlarda çəksələr təəccüblənmərik”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024