Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-01-2018, 17:30)
Bir neçə rayonda sayğac kartlarında problemlər yaranıb? - Rəsmi AÇIQLAMA

Bir neçə rayonda sayğac kartlarında problemlər yaranıb? - Rəsmi AÇIQLAMA

 

 

Bölgələrdə SMART işıq sayğaclarının proqram təminatında kütləvi problem yaranmayıb.

Mediatv.az  xəbər verir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəriTanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bu, bir-iki sayğacda baş verə bilər: "Yeni abonentlər üçün kütləvi şəkildə SMART sayğacları quraşdırılır. 200-300 sayğacdan birində hər hansı texniki qüsur ola bilər. Texniki qüsur olanda sayğacın kartının oxuma funksiyası itir. Bundan başqa, kart səhv daxil ediləndə də sayğacın proqram təminatı pozulur. Eləcə də, abonentlər kartı zədələdikdə və ya nəm yerdə saxladıqda kart öz funksiyasını itirir. Buna görə kartların istifadəsində problemlər ola bilir".

T.Mustafayev deyib ki, fərdi qaydada bəzi abonentlərin SMART sayğaclarının proqram təminatında müəyyən problemlər yaranıb: "Belə halda abonentlər rayon işıq idarələrinə, Elektrik Şəbəkələrinə müraciət etsə, "Azərişıq" əməkdaşları yaranmış problemi operativ qaydada aradan qaldırır. Hazırda ölkədə elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Eyni zamanda, abonentlər elektrik enerjisinə görə, ödənişləri poçt şöbələri, banklar vasitəsi ilə, eləcə də həm onlayn, həm də mobil telefonlar vasitəsi ilə də yüksək səviyyədə rahatlıqla həyata keçirir".

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024