Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-01-2018, 19:00)
Sabahın hava proqnozu: Temperatur düşəcək, şaxta olacaq

Sabahın hava proqnozu: Temperatur düşəcək, şaxta olacaq

 

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediatv.az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda  qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnozlara görə, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.



Xəbər lenti
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018