Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-11-2017, 17:00)
Bakıda baş vermiş avtobus qəzalarında yaralananların sayı açıqlandı

Bakıda baş vermiş avtobus qəzalarında yaralananların sayı açıqlandı

 

"Ötən illə müqayisədə bu ilin 10 ayı ərzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayında azalma var".

Mediatv.az  Report-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ilin anoloji dövründə avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il həmin rəqəm 39-a düşüb: "Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-ə enib. Bundan başqa, bu ilin 10 ayı ərzində stansiyaya nəqliyyat hadisəsi səbəbindən 1937 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı ilin hesabat dövründə baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 halda azalma deməkdir".

O qeyd edib ki, bayram və istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir: "Bu da həmin vaxt nəqliyyat vasitələrinin sayının çoxluğu, magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da öz təsirini göstərir".

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024