Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (11-06-2014, 14:02)
Pirverdiyevin 700 milyon vergi borcu yaranıb

 

Yaxın dörd il ərzində «Azərenerji» ASC 4 milyard dollarlıq investisiya proqramı həyata keçirəcək. «Fitch Ratings»ın ötən həftənin sonlarında açıqladığı rəydə belə bildirilir.

 

Xatırladaq ki, «Fitch» bu dəfə «Azərenerji» ASC-nin emitent defoltunun uzunmüddətli reyitinqini «Sabit» dəyərləndirib, «BBB-» səviyyəsində təsdiq edib. Reytinq agentliyinin məlumatına görə, ASC-nin yeganə səhmdarı Azərbaycan Respublikasıdır və 100 faiz dövlətə məxsusdur. «Fitch» «Azərenerji»nin dövlətlə hüquqi əlaqələrini güclü qiymətləndirir. Hətta dövlət şirkətin borcunun böyük hissəsi (2013-cü ilin sonuna toplanmış faizləri nəzərə almamaqla bütün borcun təqribən 89 faizi) üzrə zəmanət verməyə davam edir. Reytinq agentliyi bu göstəricinin 2014-2017-ci illərdək sabit qalacağını, hər hansı bir özəlləşdirmənin gözlənilməliyini qeyd edir.

 

“Bizim Yol” qəzetinin xəbər verir ki, «Fitch» «Azərenerji»ni elektrik enerji istehsalı və paylaşırılması bazarında inhisarçı şirkət hesab edir. Belə ki, ölkəni elektrik enerji paylaşdırılmasının 55 faizi məhz dövlət şirkətinə məxsusdur: «Bu, şirkətin ÜDM-də payının aşağı olmasına baxmayaraq, ölkənin iqtisadiyyatında əhəmiyyətli mövqeyə malik olduğunu göstərir».
«ASC dövlət zəmanəti ilə alınan kreditlərdən əlavə, 2013-cü ilin sonunda hesablanmış faizlər istisna olmaqla, Maliyyə Nazirliyindən də subsidiya əldə edir ki, bu da ümumi borcun 6 faizi təşkil edir. 2009-2013-cü illərdə dövlət investisiya proqramları çərçivəsində 818 milyon manat (1 milyard dollardan çox) vəsait yatırılıb. Cari ilin 5 ayı ərzində 15,7 milyon manat dövlətdən investisiya vəsaiti əldə edib ki, ilin sonuna qədər 22 milyon manata çatacağı gözlənilir. Bundan əlavə isə, 2015-2017-ci ildə elektrik enerjisi sektoruna daha 4 milyard dollar yatırım qoyulacağı proqnozlaşdırılır» deyə açıqlamada qeyd edilir.

 

«Fitch» hesab edir ki, ölkədə qazın qiyməti Avropa bazarı ilə müqayisədə ucuzdur. (Müqayisə üçün, 2007-2013-cü illərdə Azərbaycanda qazın ortalama qiyməti 62 300 dollarmln. m3 olubsa, Avropada 294 000 dollarmln. m3-a başa gəlib). Bu o deməkdir ki, göstərilən müddət ərzində şirkətə 1 milyard dollar subsidiya ayrılıb. Bu da elektrik enerjisinin aşağı tariflərdə saxlanılmasına təsir göstərir.

Reytinq agentliyinin açıqlamasına görə, «xərclər-plus» mexanizmi ilə tariflərin müəyyənləşdirməsi şirkətlər üçün əlverişli olsa da, sosial siyasət baxımından məhdud modeldir: «Elektrik enerjisinin qiyməti tez-tez dəyişilmir, sonuncu dəfə 2007-cı ildə artırılıb. Yanacaq xərcləri «Azərenerji»nin əməliyyat xəclərinin demək olar ki, yarısını təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz artaraq bir milyon m3-u 80 min manata qaldırıldı. 2014-2017-ci illərdə enerji və qaz tarifləri dəyişməz olaraq qalacağı gözlənilir.

 

2014-cü ildə elektrik və qaz tarifləri arasında artım tempi arasında uyğunsuzluq var və bu da müəyyən risklər yaradır. Şirkət bunu kompensasiya etmək üçün dövlətin investisiya vəsaitindən istifadə edəcək. «Azərenerjin» vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Şirkət qalan vergi borclarını daha böyük həcimli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir».

 
Nəhayət, «Fitch» risklərdən sığortalanmaq üçün şirkətə tövsiyyələrini təqdim edib

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024