Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-11-2017, 14:00)
Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşdi

Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşdi

 

Oktyabrda respublikada ekzogen – geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib.

Mediatv.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, atmosfer yağıntıları və texnogen amillərin təsirindən Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub.

Onun sözlərinə görə, təbii amillərin təsirindən Masazır sürüşmə sahəsində də nisbi aktivlik qeydə alınıb: “Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə - uçqun prosesində aktivlik baş verib. Atmosfer yağıntılarının və texnogen amillərin təsirindən isə Nubar qəsəbəsində sürüşmə - çökmə prosesi aktivləşib”.

Ekspedisiya rəisi bildirib ki, Astarada Deqədi – Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik baş verib və yolboyu bir neçə yerdə uçqun hadisəsi müşahidə olunub: “Atmosfer yağıntılarının təsirindən Lənkəran-Lerik yolunun 17-19-cu və 45-47-ci kilometrliklərində sürüşmə sahələrində aktivlik qeydə alınıb və yolboyu yamaclarda yeni lokal sürüşmə sahələri yaranıb. Lerik – Qosmalyan – Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində isə uçqun hadisəsi aktivləşib. Atmosfer yağıntılarının təsirindən Masallıda Güllütəpə sürüşmə sahəsinin parametrləri artıb. Eyni zamanda, Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub, yolboyu yamacda yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Ə. Qaralov Siyəzəndə Sədan sürüşmə sahəsində aktivliyin qeydə alındığını vurğulayıb: “Şabranda Qazbabalı sürüşmə sahəsində də aktivlik davam edir. Bundan başqa, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib və bir neçə yerdə uçqun-töküntü hadisəsi baş verib. Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub, yolboyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb”.

Nazirlik rəsmisi qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində çatların ölçüləri artıb, sahədə aktivlik müşahidə olunur və sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir: “Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Ay ərzində atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə aktivləşib və nəticədə uçqun-töküntü hadisələri baş verib. Ərazidə bir neçə yerdə yolboyu yeni lokal sürüşmə sahələri yaranıb. Şamaxıda Dədəgünəş və Muğanlı, Ağsuda Sanqalan sürüşmə sahələrində də aktivlik qeydə alınıb”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024