Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-06-2014, 14:55)
Müdir dövlət büdcəsini taladı

“Aqrolizinq”in anbardarla əlbir olan müdiri 12800 manat mənimsəyib

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istintaq zamanı Şəki regional logistik bazasının müdiri Cabbar Qaffarovun qulluq mövqeyindən sui-istifadə etməsi barədə məlumatlar verilib.
Məlumatda bildirilir ki, müdir dövlət büdcəsinin vəsaiti hesabına alınan 109 min 500 manat dəyərində mineral gübrələrin qanunsuz olaraq ayrı-ayrı şəxslərə güzəştli şərtlərlə satışını həyata keçirib. O, “Aqrolizinq” ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eyni zamanda bazanın anbardarı Seymur Ənnağıyevlə əlbir olub mineral gübrələri hüquqi və fiziki şəxslərə sataraq əldə olunmuş 12 min 800 manat məbləğində külli miqdarda özgə əmlakını mənimsəmələrində ittiham olunurlar.
Bu ittiham üçün əsaslar olduğundan Cabbar Qaffarova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Seymur Ənnağıyevə isə həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024