Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-06-2014, 10:26)
Tağı Əhmədova Qarabağ əlilindən intihar xəbərdarlığı

Qarabağ əlili keçmiş rəisin hakim oğlundan 79 min manatını ala bilmir

 

 
İkinci qrup Qarabağ əlili Loğman Ağalarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədova 79 min manat pul verdiyini deyir.
Loğman Ağalarov bu barədə “Azadlıq”a ünvanladığı müraciətində yazır: 
“Təxminən 2012-ci ildə sahibkarlıq fəaliyyətimin artırılması üçün əlimdəki vəsaitə uyğun olaraq, obyekt əldə etmək istəyirdim.
Bunun üçün Bakı Metropoliteni ərazisində satılan dükanlarla maraqlandım. Bu zaman Metropoliten əməkdaşları bildirdilər ki, obyektlərin satışı işilə Metropoliten  rəsi Tağı Əhmədovun oğlu Rauf Əhmədov məşğul olur. Mən də buna  görə Rauf Əhmədovla görüşməli oldum. Görüş zamanı Rauf Əhmədov metronun Inşaatçılar stansiyasındakı keçiddə hər dükana görə 15 min AZN pul ödəməli olduğumu bildirdi. Lakin 6 dükan bir dəfəyə götürdüyümə görə, 79 min manat ödənişlə razılaşdı. Razılaşmadan sonra Rauf Əhmədov bildirdi ki, dükanlar istifadəyə veriləndən sonra onları mənim adaıma sənədləşdirəcək”. 
Lakin Qarabağ əlili iki il müddətində sənədləşməylə bağlı dəfələrə Rauf Əhmədova müraciət etsə də, heç bir cavab ala bilməyib: “Tağı Əhmədov işdən azad olunandan sonra metro keçidlərində fəaliyyət göstərən bütün dükanlar, eyni zamanda mənə məxsus 6 dükan heç bir kompensasiya ödənilmədən söküldü. Yeni rəhbərliyə bu barədə dəfələrlə müraciət etsəm də, ”pulu kimə vermisiz, ondan da tələb edin" cavabını aldım. Hazırda Xətai rayon məhəkəməsində hakim kimi çalışan Rauf Əhmədovdan pullarımın qaytarılmasını tələb etsəm də, məni polislə hədələyir. Mən Qarabağ müharibəsi əlili olaraq, “Azadlıq” qəzetindən hüquqlarımın müdafiəsinə yardımçı olmalarını xahiş edirəm. Xatırladım ki, özünü kiçik şah hesab edən allahsız məmurlardan şikayət etmədiyim dövlət qurumu qalmayıb. Indi durumum çox ağırdır. Tağı Əhmədovun oğlu, hazırda Xətai rayon məhkəməsinin hakimi Rauf Əhmədovun 6 dükan üçün məndən aldığı 79 min manat pulun böyük əksəriyyətini borc almışdım. Indi ailəmi dolandıra bilmirəm. Borc aldığım şəxslərin tənəsi ilə üz-üzə qalmışam. Intihar  etməkdən başqa yolum qalmayıb".
Loğman Ağalarovun dediklərinə münasibət öyrənmək üçün Rauf Əhmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Xətai Rayon Məhkəməsinə zəng etsək də, onun tapmaq mümkün olmadı. Məsələ ilə bağlı Tağı Əhmədovla əlaqə saxlamaq istədik. Gün ərzində Tağı Əhmədova dəfələrlə zəng etsək də, onun telefonu qapalı oldu.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024