Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-10-2017, 10:20)
“Baku Bus”ın yığılmış zərəri açıqlandı

“Baku Bus”ın yığılmış zərəri açıqlandı

 

“Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib.

Mediatv.az-ın məlumatına görə, Report şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7% azdır.

Son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq, 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq, 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq, 18,049 mln. manata düşüb.

2016-cı ildə “Baku Bus”ın əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.

“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlətin şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Xatırladaq ki, “Baku Bus” 2014-cü ildə yaradılıb. Dövlətə məxsus şirkət Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024