Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-09-2017, 12:02)
Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolu bağlandı

Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolu bağlandı

 

 

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar ötən gün axşam saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

Balakən və əks istiqamətdə hərəkət edən yüngül tonnajlı (16 tonadək) avtomobillər digər körpüdən istifadə edəcək. Ağır tonnajlı yük avtomobilləri üçün isə həmin körpünün yanında çaydan yol açılıb.

14 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov bildirib ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpünün uzunluğu 132 metr, eni 7 metrdir. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edəcək. Qrafik əsasında körpüdə aparılan təmir işlərinin 20 gün müddətinə başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral yolunun 124 və 164-cü km-lərində əsaslı təmir işlərinə artıq başlanılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024