Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-05-2014, 15:39)
“Vəkili Orxan Zeynalovun müdafiəsindən imtina edib“

Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun vəkili onun müdafiəsindən imtina edib.

 

Mediatv.az  bildirir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən modern.az-a verilən məlumata görə, yaxın günlərdə Orxan Zeynalova yeni vəkil tutulacaq.  Səfirlikdən onu da bildiriblər ki, bu ayın sonunda məhkəmənin vaxtı da bəlli olacaq.
“Konsul və səfir 10 gündən bir Orxan Zeynalovla  görüşür. Artıq istintaq bitib. Yaxın günlərdə müqailə ilə ona yeni vəkil tutulacaq. Çünki hazırkı vəkil prosesi davam etdirmək istəmir. Məhkəmənin vaxti bu ayın axırı müəyyənləşəcək. O ki qaldı Orxan Zeynalovun müvəqqəti saxlanma yerinə, orada şəraiti pis deyil. Konsulla olan sonuncu söhbətinə görə ona heç kim pis baxmır. Sadəcə olaraq özü daxildə olan rejimi pozursa, hər hansı qanun pozuntusuna yol verirsə, daxili nizamnaməyə görə, cəzalandırıla bilər. Amma bildiyimizə görə, Orxan Zeynalov elə də qanunsuzluq etmir”. 
Səfirlikdən onu da qeyd ediblər ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daim Orxan Zeynalovla maraqlanır.
“Səfir onunla həmişə maraqlanır. Hətta səfirlik tərəfindən Xarici İşlər Nazirliyinə iki nota verildi. Bu məsələ ilə konsulun məşğul olması da səfrin istəyi ilə baş verib”,-deyə səfirlikdən bildirilib.   

 

Xatırladaq ki, Y.Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olmuşdu.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024