Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (19-05-2014, 22:11)
Lerik rayonunda böyük yol korrupsiyası

 

 

Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə tikintisinə 3 milyoon manat vəsait ayrılan, 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi dayandırılıb. Qeyd edək ki, həmin yolun tikintisi 2015-ci ildə sona çatdırılmalıdı.

Redaksiyamıza Lerikdən daxil olan məlumatda bildirilir ki, ayrılan 3 milyon manat vəsaitin müqabilində Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində cüzi işlər həyata keçirilib. Hazırda isə prezidentin ayırdığı 3 milyon manat vəsait qurtardığına görə yolun çəkilişi qeyri-müəyyən vaxta, daha doğrusu əlavə vəsait ayrılana qədər durudurulub. Bu isə yolun vaxtında təhvil verilməyəcəyindən, üstəlik standartlara cavab verməyəcəyindən xəbər verir.

Redaksiyamıza daxil olan məlumata görə 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənilib. Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə salıb. Məlumatlı mənbə bildirilir ki, yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilib.

Məlumatlı mənbə bildirir ki, yolda cüzi işlər görülsə də, icra başçısı “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə qiymətləri bir neçə dəfə şişirtməyə icazə verib. Qeyd olunur ki, Rövşən Bağırov yolun qəbulu zamanı heç bir problemin yaşanmayacağı ilə bağlı “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə söz verib. İcra başçısının bu təklifi “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə əlavə qazanc gətirdiyinə görə onlarda sakitcə başçı ilə razılaşıblar və faktiki olaraq prezidentin ayırdığı 3 milyon manat vəsaiti «yumaqla» məşğul olublar.

Mənbə bildirir ki, yolun çəkiləcəyi ərazidə məskulaşan əhali cənab prezidentə onların sosial problemini həll etmək üçün göstərdiyi qayğıya görə çox minnətdar olsalar da, yerli məmurların «fəaliyyəti» nəticəsində yenə də yolsuz qalıblar. Bildirilir ki, indi həmin ərazidə yaşayan əhalinin ümidi prezidentin əlavə vəsait ayrılmasına qalıb. Bununla belə mənimsənilən külli miqdarda dövlət vəsaiti ayrı-ayrı məmurların cibində qalır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… pia.az

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024