Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-05-2014, 16:00)
Binəqədi icra hakimiyyətinin işçiləri qoçuluq edirlər

Bakının Binəqədi rayonu ərazisində döyülmə hadisəsi baş verib

 

APA TV-nin məlumatına görə, hadisə mayın 15-də gündüz saatlarında qeydə alınıb. Fatmayı bağ massivində fərdi ev tikintisində fəhlə kimi işləyən 45 yaşlı Bahadur Həsənov və digərləri ilə özlərini Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və Bahadur Həsənov döyülüb.
Döyülən fəhlənin APA TV-yə verdiyi məlumata görə, tikintinin aparıldığı əraziyə gələn şəxslər fəhlələrdən tikinti işlərinin dayandırılmasını tələb ediblər. Bahadur Həsənov iddia edir ki, onlar işi dayandırmağa razılaşsalar da, İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları ona hücum edərək, döyüblər.
Bahadur Həsənov yaralı vəziyyətdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparılıb və bir neçə saat orada saxlanılıb. Yaxınlarının təkidi ilə Bahadur Həsənov ötən gün axşam saatlarında Şəhər Klinik Xəstəxanasına göndərilib. Ona tibbi yardım göstərilib, vəziyyəti stabildir.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Fədail Mövsümov APA TV-yə faktı təsdiqləyib. Onun sözlərinə görə, Fatmayı bağ massivində fəhlə Bahadur Həsənovla polis əməkdaşları və İcra Hakimiyyəti nümayəndələri arasında insident baş verib. Xəsarət alan fəhlənin izahatı alınıb və şikayət ərizəsi qəbul olunub. Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin işçilərindən biri də polisə şikayət ərizəsi ilə müraciət edib və fəhlələr tərəfindən fiziki təzyiqə məruz qaldığını, xəsarət aldığını bildirib. Təhqiqatçının sözlərinə görə, ilkin araşdırmalardan sonra materiallar Binəqədi Rayon Prokurorluğuna göndəriləcək.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları tikilən evin qanunsuz olduğunu bildiriblər və sökülməsini tələb ediblər.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024