Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-05-2014, 17:18)
Ziya Məmmədovun bankından daha bir- Şok xəbər

Ziya Məmmədovun bankından daha bir- Şok xəbər

 

Space TV-nin keçmiş əməkdaşı, hazırda SƏS Media Qrupunda aparıcı işləyən Samir Feyruzov “Bank of Azerbaijan”dan şikayətçidir. 

O, “Qafqazinfo”ya ünvanladığı şikayət məktubunda bildirib ki, “Bank Of Azerbaijan”da 90 min manat depoziti var: 
“Depozitin 30 min manatı mənim, 30 min manatı dayım qızı Ülkər Bünyatovanın, 30 min manati isə dayım nəvəsi Hüseynov Həsənin adınadır. Neçə həftədir pulumu bankdan götürmək istəsəm də vermirlər. Bildirirlər ki, bankın problemləri var. Kassada pul olmasına baxmayaraq sizin pulunuzu qaytara bilmərik. Səbəbini isə izah etmirlər. Bəhanə edirlər ki, bankın pulu yoxdur. Gah da deyirlər ki, bankın rəhbəri dəyişib”. 
Jurnalist həmçinin qeyd edib ki, onu bankın prezidenti Hafiz Məmmədovla hədələyirlər:
“Mənim pulumu qaytarmırlar. Üstəgəl məni bankın sahibi Hafiz Məmmədovla hədələdilər. Telefonumda səs yazıları da var”.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən həftə jurnalistlərə açıqlamasında "Bank of Azerbaijan"ın müvəqqəti likvidlik probleminin olduğunu bildrirmişdi: 
"Mərkəzi Bank "Bank of Azerbaijan"ın həm sahibləri ilə, həm də onun menecmenti ilə danışıqlar aparır. Biz ümid edirik ki, bu danışıqlar müvəffəqiyyətli olacaq".
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024