Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2017, 12:41)
Lerikdə məmur süründürməçiliyi : torpaqları kim zəbt edib? - Şikayət

Lerikdə məmur süründürməçiliyi : torpaqları kim zəbt edib?

 

Mediatv.az:  Lerikin Divağaş kənd sakini Nuriyev Eynulla Səyədulla oğlu Politika.Az-a maraqlı məktub yollayıb

Onun sözlərinə görə, 19.12.2016-cı ildə saytımızda gedən yazıya görə leriklilər minnətdardır. 

E.Nuriyev bildirib ki, ixtisasca traktorçudur: “Kəndimdə sovxozda uzun müddət traktorçu işləmişəm. Ekspertiza Mərkəzinin ekperti Xəyyam İskəndərov, Lerik məhkəməsinin hakimi kimi insanlar varsa biz o torpaqları ala bilmərik. 

Babaəli Ağayevin heç bir sənədi olmadan mənim və 6 nəfər vətəndaşın əmlak payı torpaqlarını zəbt etmiş, bununla əlaqədər mən kəndçimiz Xanəhmədov Ramiz 2015-ci ildə Lerik məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik.

Məhkəmə ekzpertiza mərkəzinə məktub yazaraq ekspert gətizdirdi, ekspert Xəyyam İskəndərov kəndə gəlib torpağa baxış keçirdib katasır vurdu, bizə heç bir sənəd vermədi. Məhkəməyə ekspert rəyi göndərmişdi. 

Rəydə göstərmişdi ki, guya bizim bu ərazidə torpağımız yoxdur. Biz etiraz etdik, ikinci dəfə Lənkəran 10 saylı ərazi katasır idarəsinin 3 mütəxəsissinin iştirakı ilə ekspertiza təyin olundu.

Müəyyən olundu ki Ağayev torpaqları zəbt edib, X.İskəndərovun ikinci rəyinə əsasən Lerik məhkəməsi 15.12.2016 ci il tarixdə X.Ramizə məxsus olan torpağın zəbtinə görə B.Ağayevi 1338 manat cərimə etdi və onun torpaqdan çıxması baradə qərar qəbul qəbul etdi bu iş bir il çəkdi”. 

Şikayət deyir ki, onun məhkəmə işi 20.09.2016 ci il tarixli 2(048)774/2016 saylı qərərdadı ilə ekspertiza rəyi almaqdan ötəri sənədlərimi Ekspertiza Mərkəzinə göndərdi: 

“Mərkəzin eksperti Xəyyam İskəndərov 25.10.2016 ci il tarixli vəsadətinə əsasən Lerik məhkəməsi mənə 05.12.2016 ci il tarixli məktubu ilə mənə bildirir ki, 18.12.2016 ci-ildə ekspertiza mərkəzinin mütəxəsisi kəndə gəlib torpağa baxış keçirəcək, amma gəlmədi. 

Ekspertiza mərkəzinin rəis müavini N.Musayev 14.12.2016 ci il tarixli 6959 nömrəli məktubla mənə bildirir ki 22.12.2016 ci il tarixdə mərkəzin mütəxəssisi Xəyyam İskəndərov kəndə gəlib torpağa baxış keçirəcək, gəlmədi. 

Telefonla Xəyyamla əlaqə saxladım, mənə bildirdi ki məhkəmənin məktubu 10 saylı Lənkəran ərazi kadastr idarəsinə çatmayıb. Onlar mənə mütəxəsis vermirlər, məktub çatmayıbsa ekspertiza mərkəzi nə əsasə mənə məktub yazır.

Məndə təssəvür yaranır ki B.Ağayev X. İsgəndərovu, Lerik məhkəməsini satın alıb. Yuxarıda göstərdiyim tarixlərə baxın, 4 aydır gözləyirik bizim işimizi süründürməçiliyə salıb. Ekspertiza haqqında qanunda göstərilir ki rəy bir ay müddətində verilməlidir. 

Bu barada Prezidentə, Ədliyyə Nazirinə Ekspertiza mərkəzinin rəisinə dəfələrlə ərizə ilə müraciyətlərimiz olub nəticə olmayıb sizdən xiş edirəm ərizəmi dərc edəsiniz bəlkə bunlar dinə imana gəlsinlər”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024