Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (12-05-2014, 23:43)
Atəşkəs bizə lazım idimi?

Atəşkəs bizə lazım idimi?

 

Bu gün Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan edilməsinin 20-ci ildönümüdür.Bu münasibətlə sizinlə müəyyən qənaətlərimi bölüşmək istərdim. Həmin hadisələrin canlı şahidi, xüsusi təyinatlı hərbi hissənin komandir müavini kimi deməliyəm ki, əvvələr də bir neçə dəfə belə cəhdlər olsa da, atəkəs çox qısa olmuşdu.1993-cü ilin qışında Kəlbəcər avantürasından sonra orduda və cəmiyyətdə müəyyən süstlük yaranmışıdı.Ermənilər digər mövqelərdən aldadıcı manevrlər etməklə əsas zərbəni Ağdərə-Tərtər-Ağdam istiqamətindən vurmaqla Bərdə, Yevlax məntəqlərinə çıxıb Gəncəbasar və digər şimal-qərb zonalarını mühasirəyə almaq, bununla da Azərbaycanı diz çökdürmək, biabırçı sülh sazişini imazalatmaq istəyirdilər.Məhz Rusiya MN Qen.ştabında hazırlanmış bu əməliyyat Azərbaycan əsgərinin mərdliyi, rəşadət və igidliyi ilə puça çıxdı.Həmin cəbhədə döyüşən 777-ci,703-cü briqadalar, 776-cı, 472-ci xüsusi təyinatlı hissələr, "U" qrupu və s.hərbi birləşmələrin əvvəl hücum, sonra isə müdafiədə yüksək peşəkarlıqla döyüşməsi, düşmənin ən say-seçmə hissələrini həmin rayonda darmadağın etməsi erməni tərəfini atəşkəsə getməyə vadar etdi.1994-cü ilin yanvarından mayın 12-nə qədər davam edən, Qarabağ müharibəsi tarixində ən şiddətli sayılan bu döyüşlərdə tək bizim tabor 101 nəfər şəhid verdi. 200-dən çox hərbiçimiz yaralandı.Mən azərbaycan döyüşçüsün hələ belə mərdlik və peşəkarlıqla döyüşün şahidi olmamışdım.Hətta qospitallardan tam sağalmadan əgərlər səngərlərə qaçırdılar.Hətta metroda, avtobusda tutulub zorla ora gətilənlər belə şahidi olduqları hadisələrdən qeyrətə gəlib mərdliklə döyüşürdülər.
Atəşkəs bizə lazım idimi sualına isə mən qətiyyətlə cavab verirəm:bəli lazım idi!

Tərlan Eyvazov - hərbi məsələlər üzrə ekspert

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024