Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-05-2014, 21:25)
Ziya Məmmədovun zirzəmisində yaxta qarajı yerləşən villası – FOTOLAR

 

ziyaNəqliyyat naziri, məşhur oliqarx -məmur Ziya Məmmədovun Azərbaycandakı mülklərinin sayı onlarladır. Lakin, nazirin Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında , düz Xəzər dənizinin kənarında yerləşən möhtəşəm villası digərlərlərindən özəlliyi fərqlənir.
Avropa.info xəbər verir ki, tikintisi 2012-ci ildə başlanan , 2013-cü ildə isə yekunlaşan villanın zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qaraj var. Nazirin yay fəslində burada dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı bildirilir. Oliqarx -nazirin bu villanı ancaq katerlə və şəxsi yaxtası ilə dənizdə istirahət etmək üçün tikdirdiyi bildirilir. Ziya Məmmədovun iyun ayından etibarən istirahət üçün tez-tez dəniz kənarındakı bu nəhəng mülkinə gələcəyi deyilir. Hazırda isə villada mahifizədən başqa heç kim yaşamır.

Nəhəng villanın tikintisində olduqca bahalı materiallardan istifadə olunub. Təkcə villanın fasadının düzəldilməsi üçün yarım milyon dollardan çox vəsait sərf olunduğu bildirilir. Ümumilikdə isə villanın dəyəri milyonlarla dollar həcmində ölçülür. Nazir-oliqarxın qonşuları da kasıb adamlar deyil. Məsələn , Ziya Məmmədov “Azəryol” servisin rəhbəri, deputat Cavid Qurbanovla qonşudur.

Qeyd edək ki, Ziya Məmmədov Azərbaycanın ən varlı məmurlarından biri hesab olunur. Onun oğlu Anar Məmmədov isə biznes fəaliyyəti ilə məşğuldur. Son vaxtlar Ziya Məmmədovun biznesinə əl qoyulduğu haqda məlumatlar yayılıb. Belə ki, Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarı ilə paytaxt Bakıda sərnişindaşıma Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bununla da Ziya Məmmədovun çox önəmli maliyyə qaynaqlarından biri əlindən alındı. Bir neçə gün öncə isə, Nazirlər Kabinetinin qərarı ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə DİN məşğul olacağı ilə bağlı qərar verildi.Bundan başqa, bir müddət öncə, Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.

Eyni zamanda, Ziya Məmmədovun əsas biznes şəriki “Hafka” ləqəbli Hafiz Məmmədovla da , problemləri pik həddə çatıb. Hafiz Məmmədov uzun müddətdir ki, Ziya Məmmədovla biznes tərəfdaşlığına son vermək istəyir. Artıq bir çox sahələrdə onların biznes şərikliyinə son qoyulub. Bir müddət öncə, iflasa uğrayan, Ziya Məmmədova məxsus “Bank of Azərbaycan” bankında onların biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov dövr edən pullarını , bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın iflasına səbəbkar oldu. “Transqeyt” şirkətində də, təsisçi Hafiz Məmmədov olsa da, icraçı direktor Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nazirlər Kabinetinin son qərarı ilə bu şirkətin də artıq iflasa uğradığını demək olar.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024