Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-05-2014, 20:51)
Saatlı: İnkişaf meylləri daha nikbin proqnozlara əsas verir

Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan bölgələrimizdən biri də Saatlı rayonudur. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində Saatlı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.

 

İnsanların qayğılarına həssas yanaşılır

 

Rayon İcra Hakimiyyətinin başçısı cənab S.Cabbarov və başçının Apparatı öz fəaliyyətində əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir vermiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmaqda ən faydalı vasitə olan səyyar qəbulların əhəmiyyətimndən lazımınca istifadə edilməsinə başlıca yer ayırmışdır. Rayon İcra Hakimiyyəti əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələriin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, məcburi köçkünlərin, bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşmışdır. Əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, bu sahədə mövcud problemlərin aradan qaldırılması da RİH-nin gündəlik diqqət ayırdığı məsələlərdən olmuşdur.

 

Dövlətin maliyyə siyasəti müvəffəqiyyətlə reallaşdırılır

 

Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrüfatının idarə edilməsində, xüsusən bazar iqtisaliyyatı şəraitində maliyyə nəzarəti əsas məsələlərdən biridir. Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırmaq, maliyyə ehtiyatlarından xalq təsərrüfatının bütün sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür.

Mühüm bir məqamı da vurğulamağa dəyər ki, Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsi olduqca vacib məsələdir ki, bunun da öhdəsindən layiqincə gəlinir. Maliyyə mütəxəssisi Namiq Bağırovun rəhbərlik etdiyi Saatlı Rayon Maliyyə İdarəsi maliyyə intizamına ciddi riayət edilməsini təmin edib. Rayon büdcəsinin gəlir və xərc proqnozları nəzərdə tutulduğu səviyyədə icra olunub. Xərclərin icrası zamanı vəsaitlər ilk növbədə müdafiə olunan xərc maddələrinin (əmək haqqı, əmək haqqı üstəliyi və onlara bərabər tutulan xərclər) icrasına yönəldilib. Bunun nəticəsidir ki, ötən il yerli büdcədən maliyyələşən təşkilatlar üzrə xərclər tam ödənilib. Rayonda uçot işləri təminata uyğun qurulub. İdarənin kollektivi daxil olmuş vəsaitin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilməklə təyinat üzrə səmərəli xərclənməsini təmin etmişdir».

 

Kənd təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur

 

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur. Əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına görə məhsul istehsalçılarına vaxtlı-vaxtında maliyyə yardımları ödənilmiş, həmçinin mineral gübrələrin 50 faiz güzəştli qiymətlərlə vətəndaşlara satılması təmin edilmiş, toxumçuluqla məşğul olan təsərrıüfat subyektlərinə dövlət tərəfindən subsidiyalar verilmişdir. Təkcə toxumçuluğa görə verilən subsidiya 2012-ci illə müqayisədə 2013-cü ildə 52,5 faiz çox olmuşdur. Heyvandarlıq və quşçuluq sahəsində işlər rentabelli aparılmaqla ət, süd və yumurta istehsalı çoxalmış, istər iribuynuzlu mal-qaranın, istərsə də qoyun və keçilərin baş sayı artmışdır.

 

Torpaqla bağlı münasibətlər dürüst tənzimlənir

 

Aydın məsələdir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən əyalət olaraq, Saatlıda torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, bu işlərə dövlət nəzarətinin həyata keçirilməsi vacib məsələlər sırasındadır. Elxan Zeynalovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon Şöbəsi bu vəzifələrin öhdəsindən layiqincə gəlir. Vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir. Şöbə Komitənin digər strukturları ilə əlaqədə təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlil edir, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsini öncədən müəyyənləşdirilir və onlara qarşı mübariz tədbirlərinin hazırlanmasında müvafiq dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə, istifadəyə verilməsinin, habelə satılmasının hərrac və müsabiqə yolu ilə keçirilməsində iştirak edir, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir. torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və KİV ilə açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər tədbirləri görür.

 

Su təsərrüfatının işi günün tələblərinə cavab verir

 

Əkin altında olan torpaqların su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının yenidən qurulması, torpaqların şoranlaşmasının qarşısının alınması və münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin yenidən qurulması və digər tədbirlər üzrə bir sıra zəruri işlər görülməklə kollektor-drenajlar, suvarma kanalları lildən təmizlənmiş, hidrotexniki qurğular, istehsalat binaları, hidropost və nasos stansiyaları cari təmir edilmiş, Araz çayında yamacbərkitmə işləri yerinə yetirilmişdir.

  Tahir Rzayevin rəhbərlik etdiyi Saatlı Rayon Suvarma Sistemləri İdarəsini kollektivi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir və su istifadəçilərinə yüksək səviyyədə xidmət göstərir. Kollektiv rayonun digər ictimai işlərinə də fəal dəstək verir. Ümumiyyətlə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Saatlı rayonunda fəaliyyət göstərən digər struktur vahidlərinin də fəaliyyəti təqdir olunur.

 

Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir

 

2014-cü il martın 12-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev DSMF-nin Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul etdi. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nun rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından ayrılmış xüsusi nəqliyyatla Saatlıya aparılıb-gətirilənləri təmin olundu. «Açıq qapı» şəraitində keçirilən qəbulda Saatlı və qonşu rayonlardan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Görüşdə 30-dək vətəndaşın müraciətlərinə baxıldı. E.Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiyai təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, əlillik dərəcəsinin müəyyən edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənildi. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirrlər görüldü, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyat orqanlara müraciət edilib.

Qeyd edək ki, Təcrübəli mütəxəssiz Hafis Miriyevin rəhbərlik etdiyi DSMF Saatlı rayon Şöbəsinin fəaliyyəti təqdir olunduğundan, şöbə barədə sədrə şikayət edilməmişdir. Şöbənin kollektivi əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması

müstəvisində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Şöbənin xidmət etdiyi pensiyaçılar və imtiyazlı kateqoriyadan olan şəxslər onlara göstərilən qayğıdan razı olduqlarını bildirirlər.

 

Təhsilin inkişafına xüsusi fikir verilir

 

Saatlı rayonunda təhsilin inkişafına xüsusi fikir verilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» barədə mühüm sənəd təhsil səviyyəsinin daha da inkişaf etdirilməsi sahəsində daha böyük imkanlar yaradacaq, perspektivlər açacaq.

Son beş il ərzində Saatlı rayonunda 2072 şagird yerlik 11 yeni məktəb binası tikilmiş, 6114 şagird yerlik məktəb binası isə əsaslı təmir olunmuşdur. Yeni tikilən və təmir edilən məktəblərin 20-də müasir tipli istilik sistemi qurulmuşdur. Məktəblərə 531 kompüter dəsti verilmiş, 14 məktəbin isə internet şəbəkəsinə çıxışı təmin olunmuşdur. Ümumtəhsil məktəblərində şagirdlərin istifadəsi üçün 30 min ədəd yeni dərslik gətirilərək pulsuz olaraq şagirdlərə paylanmışdır. Ötən tədris ilində 95 nəfər müəllim müxtəlif ixtisasartırma kurslarından keçmişlər. Ötən il V.Zərbəliyev adına Əliabad kənd 180 şagird yerlik ümumi orta məktəb binasının, A.Mustafayev adına Qıraqlı kənd 220 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Adil Caxoyev adına 1176 şagird yerlik Fətəlikənd tam orta məktəb binasının bərpa-gücləndirilmə işləri, M.Əzizbəyov adına 1050 şagird yerlik Saatlı şəhər 2 saylı tam orta məktəbin əsaslı təmirinin başa çatdırılaraq istifadəyə verilməsi daha önəmli məsələlərdəndir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına V.Əsgərov adına şəhər 4 saylı 480 şagird yerlik tam orta məktəbin, E.Cəfərov adına Məmmədabad kənd 80 şagird yerlik ibtidai məktəbin tikintisi hal-hazırda davam etdirilir.Təcrübəli pedaqoq Şamil Vəliyevin rəhbərlik etdiyi

Rayon Təhsil Şöbəsinin təhsil müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, təhsilin keyfiyyətinin artırılması istiqamətində səyləri müsbət nəticələr verir.

 

Vətəndaşların tibbi müayinəsi uğurla davam edir

 

Keçən ilin sonunda Saatlı səhiyyəsində olduqca müsbət göstərici kimi qiymətləndirilən hadisə baş verdi. Rayon sakini Quliyev Elsevər Xanlar oğlunun ailəsində yüz mininci sakin dünyaya gəlmişdir. Həmin ailiyə Rayon İcra Hakimiyyəti tərəfindən 1000 manat məbləğində sevinc hədiyyəsi kimi pul verilmişdir. Bununla da Saatlı 100 mindən yuxarı əhalisi olan rayonlar sırasına daxil olmuşdur. Bütün ölkəmizdə demoqrafik vəziyyətin müsbət dinamikası rayonda əhali sakinlərinə, həyat şəraitinin daha da yüksəlməsinə geniş imkanlar yaratmışdır.

Rayon Mərkəzi Xəstəxanasının və daha bir xəstəxana, 13 həkim məntəqəsinin və 17 tibb məntəqəsinin fəaliyyəti təqdir olunur, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilir. Respublikamızın hər yerində olduğu kimi, Saatlı rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir. Müayinələr müasir tibbi avadanlıqla təchiz edilən mərkəzi rayon xəstəxanasında və Fətəlikənd kənd xəstəxanasında aparılır. Aksiya başlanandan hələ aprel ayının əvvəlinədək 57869 sakin tibbi müayinədən keçmişdir. Onlardan 11138 nəfəri ambulator, 64 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 25 nəfəri isə müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşmış səhiyyə müəssisələrinə göndərilmişdir. Rayonun 44 yaşayış məntəqəsinin yarısından çoxunda müayinələr artıq başa çatmışdır. Rayon Mərkəzi Xəstəxanasının baş həkimini Ələkbər müəllimin və digər tibb işçilərinin səylərinin müşahidəsi belə düşünməyə əsas verir ki, sakinlərdən heç kəs aksiyadan kənarda qalmayacaq. Yeri gəlmişkən, əhalinin sağlamlığının qorunmasına yönələn bu aksiya rayonun bütün sakinlərinin ürəyincədir və onlar bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildirirlər.

 

Mədəniyyət sferasında xidmətin səviyyəsinin davamlı yüksəldilməsi hədəfə alınıb

 

Saatlı qədim yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. burada Nazirlər Kabinetinin müvafiq qərarı ilə 9 arxeoloji abidə mühafizə olunur.

Rayonda 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, 1 Mədəniyyət və İstirahət parkı fəaliyyət göstərir.Şərqiyyə xanımın rəhbərlik etdiyi

Rayon Mədəniyyət və Turizm Şöbəsi Saatlıdakı mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir. saatlı rayonunun mədəniyyət işçiləri əllərinə düşən hər fürsətdə KİV-in tribunasından yararlanaraq, mədəniyyət və turizm sektorunun inkişafına göstərdiyi qayğıya görə dərin minnətdarlıqlarını bildirirlər. Dövlətimizin başçısının mədəniyyət sferasının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə maaşlarının artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda qərarları Saatlı rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024