Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-04-2014, 20:39)
Elmar Vəliyevin oğlu prezidenti dinləmir?

 

Bir müddət əvvəl ölkə mətbuatında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu, Milli Məclisin əməkdaşı Elmir Vəliyevlə bağlı şok məlumat dərc olunmuşdu.
 Qafqaznews.org bildirir ki, yazılanlardan bəlli olurdu ki, bəzi məmur balaları kimi Elmir Vəliyev də ölkə başçısının tövsiyyələrini qulaqardına vuraraq şəhərdə bahalı maşınlardan ibarət karvanın və mühafizəçilərin müşayiəti ilə hərəkət edir.
Düzdür, sonradan Elmir Vəliyev yazılanları təkzib eləməyə çalışdı. Ancaq həqiqət aşağıdakı kimidir.13978228791397818594Foto0008Bir neçə gün öncə əməkdaşımızın çəkdiyi fotoda Elmar Vəliyevin oğlunun qəzdiyi avtomobil korteji açıq-aydın görünür. Fətəli Xan Xoyski küçəsi ilə hərəkət edən Mercedes markalı S-klass 63, dövlət qeydiyyat nömrəsi 90 –AA- 700 olan avtomobil, özü də başqa bir CİP-in müşaiyəti ilə hərəkət edir. Səhərisi gün isə həmin avtomobili əməkdaşımız yenə də F.Xan Xoyski küçəsində yerləşən Continental adlı marketin qarşısında görüb. Ancaq bu dəfə avtomobilin dövlət qeydiyyat nömrəsi AA yox, 90 -AZ -700 olub . Qeyd edək ki, həmən avtomobilin qiyməti 300 min manat dəyərindədir.
O da qeyd olunur ki, icra başçısının oğlunun kortejinə daxil olan maşınların nömrə nişanları 700-lə bitir.
Belə maşınlardan biri “Lexus” markalı, Az 90 AO 700 nömrə nişanlı maşındır. Hər maşında 3 nəfər mühafizəçi olduğuna dair məlumatlar var. Kortejdə prezident mühafizəsində olan bahalı “BMW”nin olduğu deyilir. Mənbə həmin maşının dövlət nömrə nişanını bu cür söylədi: Az 90 AZ 700. Bahalı “BMW”-nin nömrə nişanındakı AZ seriyası prokurorluq sisteminə aiddir.
Ən təəccüblüsü odur ki, deyəsən bu avtomobilin iki fərqli nömrəsi var. Yəni başçının oğlu kefinə uyğun olaraq müxtəlif nömrələrdən istifadə edir.
Bütün bunlarla yanaşı bir məsələ maraqlıdır. Görəsən Milli Məclisdə adi işçi olan və dövlətdən əmək haqqı alan Elmir Vəliyev 300 min manat dəyərində avtomobili hansı pulla alıb?! Bəlkə Elmir Vəliyev biznesmendir..?O ki, qaldı F.Xan Xoyski küçəsində yerləşən Continental marketə, bu Bakıda qiymətlərinə görə ən bahalı sayılan marketlər şəbəkəsidir. Adi işçi olan Elmir Vəliyev cangüdənləri hansı pulla saxlayır? Suallar çoxdur. Yəqin ki, yaxın zamanlarda, uzağı may ayında bu suallara aydınlıq gələcək. Çünki bərkgedən icra başçılarının “yarpaq tökümü” başlayıb.
O da qeyd olunur ki, Elmar Vəliyev hələ Yevlağın icra başçısı vəzifəsində çalışdığı dövrdən oğlunu xüsusi qoruma altına aldırıb. Məlumatlı mənbələr bildirir ki. E.Vəliyev Yevlaxda başçı olanda Elmir Vəliyevin mühafizəsinə Yevlax polisinin 3 idmançı əməkdaşını cəlb edibmiş. Həmin polislər hər zaman oğul Vəliyevi öz tabel silahları ilə müşayiət edirlərmiş.
Oğul Vəliyevin bir çox məmur övladları kimi bahalı maşınlara sevgisi də bəllidir.Adı Milli Məclisin Aparatında işçi kimi keçən Elmir Vəliyevi orada görən olmayıb. Amma ara-sıra Milli Məclis həndəvərində 150 min manatlıq “Mazeratti” sürməsi də gələn məlumatlar sırasındadır. Yeri gəlmişkən, həmin maşının nömrə nişanı da olduqca bahalıdır – 555.
Təəssüf ki, prezidentin məmurlara və onların yaxınlarına barmaq silkələyərək “özünüzü xalqdan üstün tutmayın, sadə həyat tərzi keçirin” ismarışları bir sıra məmurlar tərəfindən qulaqardı edilir.
Xatırladaq ki, bu il fevralın 5-də prezident İlham Əliyev icra başçılarının və nazirlərin iştirakı ilə müşavirə keçirib. Dövlət başçısı son müşavirədə yenə də üzünü məmurlara tutaraq özlərini təvazökar aparmalarını tapşırıb. Prezident həmin müşavirədə demişdi ki, məmurlar xalqın xidmətçisidir, ona görə də xalqla mehriban davranmalıdırlar. İ.Əliyev “xalqın bir nömrəli xidmətçisi mən özüməm” – demişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024