Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-02-2014, 13:01)
Masallıda «Şamu-Qəriban» davam edir

  Rayonun Hacıtəpə və daha bir neçə kəndi qışın oğlan çağı qaranlığa qərq olub 

Masallının Hacıtəpə və daha bir neçə kəndi artıq 2 gündür işıqsız qalıb. Bu barədə JAM.AZ-a Müsavat Partiyasının Masallı rayon təşkilatının üzvü, kənd sakini Rüfət Baxışbəyli məlumat verib.

O bildirib ki, əvvəl kəndin işığını kəsmişdilər, amma bir neçə saatdır yarısını tam işıqsız qoyublar. «Səbəb isə transformatorun sıradan çıxmasıdır. Nuh əyyamından qalan transformatoru gözümüzü açandan təmir edirlər, amma bir dəfə də olsun yeniləməyiblər. Elə buna görə də, qış olan kimi, üzərinə daha çox yük düşdüyündən sıradan çıxır».

Rüfət Baxışbəyli qeyd edib ki, hər dəfə xarab olduqda, transformatoru öz hesablarına təmir etdirib, bir təhər işlədirlər. «Daha bezmişik. Qafqazın lideri hesab etdikləri bir ölkədə gündəlik xərclərindən daha ucuz olan bir avadanlığı yeniləyə bilmirlər. Köhnə transformatorlarun özünün yükü azmış kimi, kəndə göndərdikləri işıq pulu yığanları da abonentlərin bəziləri ilə «anlaşaraq», onlara sayğacdankənar xətt çəkməyə şərait yaradırlar. Bu da artıq yüklənməyə və yanıq-ütük transformatorun sıradan çıxmasına səbəb olur».

Hacıtəpə kənd sakini kimə şikayət edəcəklərini də bilmir. Çünki dəfələrlə yarımstansiyanın mühəndisi ilə danışdıqları halda, əlac qılınmadığını bildirir. «Yar?mstansiya elektrik muh?ndisin? z?ng vurursan, deyir ki, g?lib sokub aparar?q, sonra camaatla oturub m?sl?h?tl?s?rik, gor?k n? edirik».

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024