Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (24-04-2014, 23:47)
Kəlbəcərin icra başçısına ağır ittiham; Aqil Məmmədov şöbə müdiri ilə "bazar" açıb!

Kəlbəcər rayon sakinləri (A.Hüseynov, Z.Rəhimov və başqaları) ölkə prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, həmçinin Baş Prokuror cənab Zakir Qaralova, milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova rayonun icra başçısı haqda şok müraciət yazıblar.

Mia.az "Təzadlar” qəzetinə istinadən həmin məktubu təqdim edir: 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə!

Baş Prokuror cənab Zakir Qaralova!

Milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova!

Çox hörmətli cənab Prezident!

Bildiririk ki, Kəlbəcər rayon təhsil şöbəsinin hazırkı müdiri Məhyəddin Əbdürrəhmanovun qanunsuz hərəkətləri ölçüyə sığmır. Belə ki, o, hər müəllimdən 5000-10000 manat arası pul alaraq Təhsil Nazirliyindən xəbərsiz işə götürür. Özü də diplomunun qanuni olmasından asılı olmayaraq. Hətta iş o yerə çatıb ki, o, bəzi müəllimlərin əmək kitabçasını saxta qeydlərlə yazdırmaqla onları özbaşına işə götürmüşdür.

Kəlbəcər rayon Təhsil Şöbəsində "xəstə uşaq” əməliyyatı 

Kəlbəcər rayon təhsil şöbəsinin hazırkı müdiri Məhyəddin Əbdürrəhmanovun bir iş üsulu da budur ki, o, hər xəstə uşağa görə sentyabr ayında 1000 manat pul silir. Bülletenə görə silinmiş pulların hamısı yoxlanılsa, onun qanunsuz hərəkətləri üzə çıxacaq. Sinifin hər birindən 2500-3000 manat alınmaqla məktəblərə satılır. Elə məktəb var ki, iki uşağın adı paralel olaraq ayrı-ayrı sinifdə yer verilib. Məktəblərə mütəmadi olaraq hər ay hər məktəbə 200-1000 manat arası haqq qoyulur. Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov öz baldızı qızını saxta diplomla ixtisas dəyişmə yolu ilə hər ay psixoloq kimi adını yazır, uşaq onu tanımadığı halda onun adına pul yazıb özü götürür. Məhyəddin Əbdürrəhmanov əvvəllər TŞ-də məsləhətçi işlədiyi dövrdə hər məktəbə özü məsləhətçi olduğu üçün məktəblərə saxta diplomlar yerləşdirməklə istənilən qədər korrupsiya hərəkətləri etmişdir. Halbuki rayon Təhsil Şöbəsinin məsləhətçiləri və məktəb direktorlarının bu barədə əmri olmuşdur. Əmək qanunvericiliyini pozaraq işə gəlmədiyinə görə işdən azad olmuş adamı hansı səbəbdən bir ildən artıqdır əvəzçilik qaydası ilə idarə etdirirlər?

Ən dəhşətlisi budur ki, həm Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, həm də rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov tutduqları qanunsuz əməllərin adını Kəlbəcərdən millət vəkili Cavid Qurbanovun adı ilə bağlayırlar…

Rayon Təhsil Şöbəsinə ayrılmış 700 000 manatı 1-ci, 2-ci rüb yox, məhz 3-cü rüb cəm şəklində götürüb öz aralarında bölüşüblər (10%-i Salman Qasımovla büdcənin rəisi Məmməd Əliyevin, 50%-i icra başçısı Aqil Məmmədovun, 30%-i isə Məhyəddin Əbdürrəhmanovundur). Kəlbəcərdə heç kimə sirr deyil ki, məktəb direktorunun birini 10 000-15000 manat arası işə götürürlər. Və 20-yə yaxın məktəb direktoru bu yolla dəyişdirilib. Saymaqla qurtarmayan qanunsuz əməlli, Musavat başqanı İsa Qəmbərin 6 aylıq təbliğat-təşviqat məktəbini qurtarıb diplom almış, rayonda ədəbaz, demoqoq kimi tanınmış adamı Kəlbəcər kimi bir ziyalı camaata rəhbər qoymaq xalqa, rayona təhqirdir. Aqil Məmmədov hal-hazırda da müxalifətə işləyir.

Görün nə vəziyyətdir ki, Təhsil Şöbəsinin müdirinin təyinatı təhsil naziri ilə razılaşdırmamışlar və sadəcə, birbaşa RİH başçısının sərəncamı ilə təyin etmişlər. Ona görə də rayon Təhsil Şöbəsində iş o yerdədir ki, hər direktordan əlavə olaraq 60 manat pul yığılır, əmək haqları konvert üsuluna keçirilib. Məhyəddin Əbdürrəhmanovun 20 işçisi var, amma ayda hərəsinə 100 manat pul verilir… Azərbaycan dövlətinin və dövlətçiliyinin qatı düşməni Ərşad İbrahimovu məhz RİH başçısı A.məmmədov və Məhyəddin Əbdürrəhmanov var gücü ilə maliyyələşdirib, müdafiə edirlər. Ərşad İbrahimovun barəsində isə AR Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə cinayət işi istintaq olunur, məhkəməsi gedir. Hansı ki, bu, Ərşad İbrahimovun oğurluq və pul tələbi ilə törətdiyi əməllərinə görə üçüncü məhkəməsidir. Ərşad İbrahimov gön-dəri aşılayan texnoloqdur.

Cənab Prezident!

Bu gün Kəlbəcərin İcra başçısı Aqil Məmmədov beş şikəsti olan bir evin uşağından 1500 manat alaraq onu bir məktəb direktoruna müəllim götürtdürüb. Bundan sonra belə bir rəhbər işçiyə necə qiymət vermək olar?

Kənd icra nümayəndələrinə qiymət qoyub-8000-10000 manat. Hər icra nümayəndəsindən hər il bir dəfə hesabat pulu yığdırır. Bütün maliyyə şöbəsində gedən əməliyyatlardan (səhiyyə, mədəniyyət, təhsil) 30% -50% götürmək Aqil Məmmədov üçün qanun şəklini almışdır. İdarə müdirlərinin hərəsindən 40000-50000, müavinlərdən 80 000-100 000, təhsil şöbəsindən 250 000-300 000 alaraq həmin vəzifələrə təyin etmişdir. Belə olmasa idi, "JEK” məhləsində yaşayan bir adam birdən-birə özünə bir 2 mərtəbəli villa almazdı, biri də hazırda tikilir, biri yeznəsinə, 10 otaqlı bir obyekt (yol kənarında) alıb.

Gəncədə tikilən şəhərcikdə, Samuxda, Daşkəsəndə yaşayan adamları pul almaqla siyahıya salmaq adi işdir. Özünün təhkim olunduğu Murovdağ qəsəbəsində bir nəfəri işə götürtdürüb, 53 saylı məktəbin direktorunu işə götürtdürüb, sonra işi prokurorluğa göndərtdirib ki, məsuliyyətə cəlb etsinlər… Aztəminatlı ailənin işə götürülməsi nə vaxtdan məsuliyyət tələb edən olubdur? Bunların hamısına göz yummaq olsa da bir şeyə göz yummaq olmaz ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində işi gedən müxalifətçi Ərşad İbrahimovu Aqil Məmmədov, Məhyəddin Əbdürrəhmanov açıq şəkildə dəstəkləyib, maliyyələşdirirlər. İcra başçısının başı belə işlərə qarışdığından özünün yaşadığı qəsəbədə insanlar sosial problemlərin həll edilmədiyini görüb etiraza qalxdılar, ABŞ səfirliyinin köməklik göstərməsini xahiş etdilər. Bütün bunlar araşdırılmalıdır və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısmının əməllərinə hüquqi qiymət verilməlidir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024